Azərbaycandan Türkiyəyə dəstək mesajı
14
avq
2018
12:53
Azərbaycan və Türkiyə arasında bütün sahələrdə strateji müttəfiqlik gündən-günə güclənir.Ölkəmiz Türkiyə ilə iqtisadi münasibətlərinə də xüsusi önəm verir və bu əlaqələrin inkişafına qarşılıqlı sərmayə qoyuluşları, ikitərəfli ticarət, regional və qlobal əhəmiyyətli enerji və nəqliyyat layihələrində iştirakla öz töhfəsini verməkdədir.Bu sözləri AZƏRTAC-a açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.H.Hacıyev deyib: “Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşlarını davam etdirən Azərbaycan qardaş ölkənin iqtisadiyyatında yaxından iştirakını artırmaqdadır.Azərbaycan Türkiyənin son illər həyata keçirdiyi meqa layihələrin yaxın zamanlarda qardaş ölkənin və regionun iqtisadiyyatına, təhlükəsizliyinə əlavə imkanlar təmin edəcəyinə və sarsılmaz Türkiyə iqtisadiyyatının gələcəyinə tam əmindir.Azərbaycan hər zaman olduğu kimi bütün sahələrdə qardaş Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək”.BAKU.WS
Oxşar xəbərlər
Prezident: “Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir”
“Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı sarsılmaz və əbədidir. Bu səfər bir daha bizim birliyimizi göstərir”.BAKU.WS-in məlumatına görə, bu sözləri Azərbaycan...