Artur Rasi-zadə qəbul keçirdi
Dekabrın 22-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəmanın rəhbərliyi isə nümayəndə heyətini qəbul edib.
Nazirlər Kabinetinin mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərdə bildirilir ki, Azərbaycanla Türkiyə arasında tarixi dostluq əlaqələrinin müasir dövrdə daha da inkişaf etdiyini bildirən Baş nazir Artur Rasi-zadə son vaxtlar qardaş ölkədə törədilən amansız terror hadisələrindən bütün Azərbaycan xalqının dərin üzüntü keçirdiyini xatırlatdı. Ölkələrimiz arasında faydalı əməkdaşlıq bağlarının bundan sonra da möhkəmləndirilməsi üçün Azərbaycan tərəfinin bütün zəruri addımları atacağını deyən Baş nazir siyasi, iqtisadi, humanitar, hərbi sahələrdə münasibətlərimizin yüksək səviyyədə olduğundan məmnunluq ifadə etdi. İki qardaş ölkənin böyük iqtisadi potensiala malik olduğunu vurğulayan Artur Rasi-zadə qlobal enerji və nəqliyyat layihələrinin uğurla icra etdirilməsinin, eləcə də qeyri-neft sektorunda səmərəli işbirliyinin xalqlarımızın mənafeyinə uyğun şəkildə aparıldığlını qeyd etdi.
Bakıda Türkdilli Ölkələrin Parlament Assambleyası (TürkPA) Beynəlxalq Katibliyinin mənzil-qərargahının açılışını tarixi əhəmiyyətli mühüm hadisə kimi dəyərləndirən Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman dedi ki, ölkələrimiz qarşılıqlı əlaqələri bütün sahələrdə davam etdirməkdə qərarlıdır və dost, qardaş Azərbaycanla Türkiyə bundan sonra da daim bir-birinə hərtərəfli dəstək verəcəkdir.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunularkən, İsmayıl Qəhrəman Türkiyənin Azərbaycanın mənafeyinə zidd heç bir addım atmayacağını və Dağlıq Qarabağ məsələsinin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında ədalətli həllini sonadək dəstəkləyəcəyini bir daha bəyan etdi.
Qəbulda həmçinin qlobal proseslər fonunda ikitərəfli münasibətlərə dair geniş fikir mübadiləsi aparıldı.
Arzu Mirzəyeva
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda baş nazir vəzifəsi ləğv edilə bilər?
Azərbaycan hökuməti adından baş nazir Artur Rasizadə mart ayında Milli Məclisə hesabat verəcək. Böyük ehtimalla bu A. Rasizadənin baş nazir kimi son hesabatı ol...