Artur Rasi-zadə bir qərarla Nəqliyyat Nazirliyinin bu səlahiyyətini əlindən aldı
Nəqliyyat Nazirliyi tərəfindən dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışının aparılması ləğv edilib.
Nazirlər Kabinetindən BAKU.WS-ə verilən məlumata görə, baş nazir Artur Rasi-zadə tərəfindən verilən qərara əsasən "Elektron xidmət növlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarında dəyişiklik edilib.
Dəyişikliyə əsasən, "Elektron xidmət növlərinin Siyahısı”na daxil edilmiş Nəqliyyat Nazirliyi tərəfindən həyata keçirilən dəmir yolu nəqliyyatında sərnişin daşımaları üçün elektron bilet satışı xidməti ləğv edilib.
BAKU.WS
Oxşar xəbərlər
Nazirlər Kabinetindən yük və sərnişindaşıma qiymətləri ilə bağlı vacib qərar
Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli qərarı ilə təsdiq edilmiş "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işləri...