Azərbaycandan Biləcəri-Böyük Kəsik marşrutu ilə Ermənistana 48 vaqon neft məhsulu göndərilib
Azərbaycandan Ermənistana ümumilikdə 2 698 ton neft məhsulu daşıyan 48 vaqon Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, daşınan yüklərə 1 742 ton "Aİ-95" markalı benzin və 956 ton dizel yanacağı daxildir. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.
Bundan əvvəl, dekabrın 18-də Ermənistana 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı göndərilib.
Prezident İlham Əliyevin 2025-ci ilin oktyabrında verdiyi qərara əsasən, işğal dövründən bəri qüvvədə olan Azərbaycandan Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu istiqamətdə daşımalar davam edir.
Oxşar xəbərlər
Areq Koçinyan: Ermənistan, Azərbaycan və Gürcüstan ekspertləri üçtərəfli formatda görüşməlidirlər
Ermənistan, Azərbaycan və Gürcüstanın ekspert icmalarının üçtərəfli formatda müzakirə etmək üçün çoxlu mövzuları var. BAKU.WS report-a istinadən xəbər verir ki,...