Azərbaycan və İsrailin XİN başçıları arasında geniştərkibli görüş keçirilib

Azərbaycan və İsrailin XİN başçıları arasında geniştərkibli görüş keçirilib
Foto
Siyasət 24

Azərbaycan və İsrailin xarici işlər nazirlikləri arasında geniştərkibli görüş keçirilib.

BAKU.WS xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Qeyd edilib ki, tərəflər siyasi dialoq, enerji, ticarət, investisiyalar, təhsil, mədəniyyət, müdafiə və təhlükəsizlik daxil olmaqla geniş sahələr üzrə əməkdaşlığın genişləndirilməsi barədə fikir mübadiləsi aparıblar. Həmçinin əməkdaşlıq üçün yeni imkanların araşdırılmasında qarşılıqlı maraq vurğulanıb.

Nazirlər, həmçinin beynəlxalq və regional əhəmiyyət kəsb edən məsələlərə toxunublar.

XİN başçıları Hər iki ölkələnin regionlarında və kənarda sülhə, inkişafa və rifaha töhfə verilməsinin vacibliyini qeyd ediblər.

Hər iki nazir Azərbaycan–İsrail tərəfdaşlığının daha da dərinləşdirilməsi əzmini ifadə edib

*** 12:09

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və İsrailin xarici işlər naziri Gideon Saar arasında görüş başlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Son xəbərlər