Azərbaycan əsilli müğənni həmkarları adından Ərdoğana müraciət etdi - FOTO
Bir çox ölkələrdə olduğu kimi qonşu Türkiyədə də, sərt karantin qaydalarında müəyyən yumşaldılmalar olub. Bir çox ictimai iaşə obyektlərinin fəaliyyəti bərpa edilsə də, musiqi sektorunda heç bir yumşaldılma nəzərdə tutulmayıb.
Bu səbəbdən bəzi türkiyəli müğənnilər qayadalara sərt formada etiraz ediblər.
BAKU.WS xəbər verir ki, Azərbaycan əsilli sənətçi Tuğba Ekinci isə “Instagram” hesabında paylaşım edərək, bu qərarları tənqid edən həmkarları adından Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan üzr istəyib:
“Cənab prezident, sizdən musiqi sektoru və musiqiçilərlə bağlı müəyyən qərarlar qəbul etməyinizi xahiş edirəm. Həmkarlarımın xitab formasına görə isə onların yerinə sizdən üzr istəyirəm. Adam kimi xahiş etməyi öyrənə bilməyiblər, təəssüf ki... ”.
Oxşar xəbərlər
İranın Ankaradakı səfiri Türkiyə XİN-ə çağırıldı
İranın Ankaradakı səfiri Məhəmməd Ferzamend Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılıb. BAKU.WS report-a istinadən xəbər verir ki, səfirə Türkiyə Prezidenti...