Azərbaycan-Ermənistan sülhü: Sevinc, ümid və şübhələr

Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.
Bu dəfə Prezident İlham Əliyev, ABŞ lideri Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın Vaşinqtondakı görüşündən bəhs olunub. Bildirilib ki, 8 avqust 2025-ci ildə Ağ Evdə imzalanan sənəd 35 illik münaqişəni həm hərbi, həm də siyasi baxımdan sonlandırmaq üçün atılmış ən mühüm addım olub.
Sözügedən razılaşma iki ölkə arasında sülh aktı deyil. Bu, Cənubi Qafqaz regionunun geosiyasi xəritəsini dəyişdirəcək sənəddir. Razılaşmanın əsas maddələrindən biri Azərbaycan ərazisini Naxçıvanla birləşdirəcək Zəngəzur dəhlizi ilə bağlıdır.
Sazişin qüvvəyə minməsi üçün qarşıda hər iki ölkə parlamentində ratifikasiya, sərhədlərin delimitasiyası və demarkasiyası, həmçinin iqtisadi və kommunikasiya layihələrinin icrası mərhələləri dayanır.
Bütün bu proseslər uğurla başa çatarsa, regionda uzun illər sonra davamlı sülh və genişmiqyaslı əməkdaşlıq dövrünə qədəm qoyulacaq.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bəzi çevrələr Zəngəzur dəhlizi üzərindən Azərbaycan-Türkiyə əlaqələrini pozmağa çalışırlar
"Bəzi çevrələr Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə baş tutmuş tarixi Zirvə toplantısı vasitəsilə Azərbaycan-Türkiyə birliyini, m...
