AYB Prezident İlham Əliyevə məktub göndərib
Azərbaycan Yazıçılar Birliyi (AYB) Prezident İlham Əliyevə məktub ünvanlayıb.
BAKU.WS xəbər verir ki, məktubda ABŞ-nin paytaxtı Vaşinqtonda - Ağ Evdə imzalanmış taleyüklü sənədlərlə öz parlaq təsdiqini tapan misilsiz siyasi nailiyyət, möhtəşəm diplomatik qələbə münasibətilə dövlət başçısı təbrik olunub.
Bildirilib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycanın daha da güclənərək çiçəklənməkdədir:
"Eyni zamanda böyük liderlərə xas uzaqgörənliyiniz, uğurlu təşəbbüsləriniz nəticəsində ərsəyə gələn bu mühüm razılaşmalar regionumuzda dinc birgəyaşayışa və rifaha, ümumən dünyada sülh və inkişafa çox vacib töhfədir".
Məktubda dövlət başçısına qətiyyətli və məqsədyönlü liderlik fəaliyyətində uğurlar arzulanıb.
Oxşar xəbərlər
Sahibə Qafarova Xameneinin vida mərasimində iştirak edib
Milli Məclisin sədri Sahibə Qafarova Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak edib. Bu barədə BAKU.WS-ə Milli Məclisin Mətbuat və ictimaiyyətlə ə...