"Axmat" dəstəsinin generalı Kurskdakı vəziyyəti AÇIQLADI
Hazırda Kursk yaxınlığındakı vəziyyət nəzarət altındadır.
Bu barədə "Axmat" dəstəsinin komandiri, general-mayor Apti Alaudinov "Rossiya 1" telekanalında efir zamanı bildirib.
“Qeyd etmək lazımdır ki, bu gün vəziyyət nəzarət altına alınıb, düşmənin yerləşdiyi ərazinin böyük hissəsi örtülüb. Düşmənin olduğu yerlərdə kəndlərin təmizlənməsi prosesi gedir. Onlar oradan çıxarılır”, - deyə general əlavə edib.
Kursk vilayətində döyüşlər 6 avqustda başlayıb. 9 avqust cümə günündən etibarən Belqorod, Bryansk və Kursk vilayətlərində əks-terror əməliyyatı rejimi tətbiq olunur. 11 avqustda Ukrayna Silahlı Qüvvələri Belovsk rayonuna hücum etməyə cəhd göstərib.
Kursk vilayətinin müvəqqəti rəhbəri Aleksey Smirnovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri Kursk vilayətinə 12 kilometr məsafəyə daxil olub. Smirnovun məlumatına görə, Ukrayna hərbçilərinin daxilolma genişliyi 40 kilometrdir.
Oxşar xəbərlər
Priqojinin üsyanının yeni detalları - Rostovun ələ keçirilməsi və Voronejdəki yanğın...
"Vagner" xüsusi hərbi şirkətinin qurucusu Yevgeni Priqojinin 24 iyun 2023-cü ildə baş verən üsyanı haqqında yeni detallar məlum olub. O zaman "Vaqner" kolonları...