Kadırov göstəriş verdi: "Nə olursa-olsun onu xilas edin" - FOTO
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Dövlət Dumasının deputatı Adam Delimxanovun mümkün variantlardan istifadə edərək hərbi əməliyyat zonasından çıxarılması barədə göstəriş verib.
BAKU.WS xəbər verir ki, bu barədə "Axmat" xüsusi təyinatlılarının komandiri Apti Alaudinov özünün "Telegram" kanalında bildirib:
"Mən Maryinski istiqamətində yerləşən bütün bölmələri tam şəkildə çəkirəm, Delimxanov Adam Sultanoviçlə insident baş verən istiqamətə gedirəm".
Buna qədər Dövlət Dumasının deputatı Adam Delimxanovun müharibə zonasında yaralandığı barədə məlumat yayılmışdı. Ukrayna mediası Kadırovun tərəfdarının öldürüldüyünü bəyan etmişdi.
Daha sonra "Axmat"ın rəhbəri Alaudinov bildirib ki, siyasətçi artıq Çeçenistandadır və tezliklə respublika rəhbəri ilə görüşəcək.
Dövlət Dumasının spikeri Vyaçeslav Volodin Delimxanovla əlaqə saxladığını bildirib. Onun sözlərinə görə, deputat sağdır.
Oxşar xəbərlər
Çeçen deputat Priqojini “söhbətə” çağırdı: “Yeri və vaxtı de!” - VİDEO
Çeçenistandan olan Dövlət Dumasının deputatı Adam Delimxanov “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə videomüraciət ünvanlayıb. Videomüraciətd...