Çeçen deputat Priqojini “söhbətə” çağırdı: “Yeri və vaxtı de!” - VİDEO

Çeçen deputat Priqojini “söhbətə” çağırdı: “Yeri və vaxtı de!” - VİDEO
Video
Siyasət 359

Çeçenistandan olan Dövlət Dumasının deputatı Adam Delimxanov “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojinə videomüraciət ünvanlayıb.

Videomüraciətdə Adam Delimxanov Priqojini “söhbətə” çağırıb. O, Priqojindən görüşün tarixini və yerini deməyi istəyib. Deputat bildirib ki, “Axmat” bölmələri ilə bağlı onu maraqlandıran sualları şəxsən özü cavablayacaq.

Belə ki, mayın 4-də “Vaqner” özəl hərbi şirkətinin təsisçisi Yevgeni Priqojin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova ünvanlanan videomüraciətində müharibədə ölən “vaqner”çilərin cəsədləri fonunda etirazını bildirib, qeyri-etik ifadələr işlədib, sursat çatışmazlığından şikayət edib və dərhal silah verilməsini tələb edib. Mayın 6-da Priqojin Şoyqudan Baxmutdakı “Vaqner” döyüş mövqelərinin “Axmat” batalyonunun nəzarətinə keçməsi barədə əmr verməsini xahiş edib.

Mayın 31-də Yevgeni Priqojinin saytında “Axmat” bölmələrinin Donetski “azad etməyə” qadir olub-olmaması sualına cavab videosu yayımlanıb. “Axmat” əsgərlərinin harada olduğu ilə bağlı heç bir şərh verə bilmərəm, mən bu təfərrüatla maraqlanmıram, bütün bölmələr onları gizli saxlayır. Bu, müharibə zamanı normal haldır. Müəyyən yaşayış məntəqələrinin azad edilməsinə gəlincə, təbii ki, onların bunun üçün kifayət qədər gücə malik olduqlarını düşünürəm. Onların bütün Donetski “azad etmək” kimi bir vəzifələri yoxdur. Kadırov, anladığım qədəri ilə, bu barədə heç nə deməyib. Onlar fəaliyyət göstərəcəkləri müəyyən sahələrlə məşğul olacaqlar”, - deyə Priqojin qeyd edib.

Dövlət Dumasının deputatı Adam Delimxanov isə Yevgeni Priqojinə cavab olaraq videomüraciət yayımlayıb və onun suallarına cavab almaq üçün şəxsən görüşməyə dəvət edib. “Yevgeni Priqojinin müraciətini və ya bəyanatını gördüm, “Axmat” bölmələrinin fəaliyyətinin ona aydın olmadığını dedi. Bunu başa düşməməyin təbiidir, Jenya, bunu başa düşməməlisən”, - deyə Delimxanov bildirib.

O, qeyd edib ki, “Axmat” bölmələri müharibə zonasında onlara verilən tapşırıqları yerinə yetirirlər. “Əgər sənə nəsə aydın deyilsə, istənilən vaxt əlaqə saxlaya bilərsən, yeri, vaxtı təyin elə və biz sənə aydın olmayanı başa salaq. Sən artıq bloger olmusan və bütün dünyaya ancaq problemlərimiz, sursat qıtlığı və s. barədə car çəkirsən”, - deyə Delimxanov əlavə edib.

“Boş-boş danışmağa, qışqırmağa son ver. Yeri de - harada, necə və nə vaxt görüşək, üz-üzə istənilən məsələni həll edək. Artıq bəsdir! Yoxsa xalq və bizim cəmiyyət artıq baş verənləri başa düşmürlər. Çoxlarında suallar yaranır”, - deyə Dövlət Dumasının deputatı vurğulayıb.

O bildirib ki, “Axmat” bölmələri təmas xəttinin ən çətin hissələrində yerləşdirilib. “Amma biz sənin kimi qışqırmırıq ki, bizdə bunlar çatmır, bu azdır. Sənə hamıdan çox verilib”, - deyə qeyd edib.//oxu.az

Son xəbərlər