Avropada qanuni yaşamaq istəyənlərə — ŞAD XƏBƏR
Dünya Azərbaycanlıları Assambleyası (DAA) Avropa İttifaqının Miqrasiya və Daxili İşlər Katibliyi tərəfindən Avropa İttifaqının (Aİ) qeyri-AB vətəndaşlarının hüquqi miqrasiyası ilə bağlı qanunvericiliyi ilə əlaqədar keçirilən müzakirələrində iştiraka dəvət olunub.
BAKU.WS xəbər verir ki, bu barədə "Ölkə.Az”-a DAA-dan məlumat verilib.
Məlumata görə, müzakirələr bu il sentybarın 18-dək davam edəcək.
Müzakirə mövzularını Aİ-da işçilər, tələbələr, iş adamları, şirkət təmsilçilərinin, QHT nümayəndələrinin gələcəkdə oturum hüququ əldə etmə hüquqlarını əhatə edir, gələcəkdə bu və ya digər kateqoriyalardan olanlara oturumların verilmə prosedurlarına əlavə və dəyişikliklərin edilməsi nəzərdə tutulur.
Müzakirələr əsasən 3 aydan çox müxtəlif səbəblərdən Avropada qanuni yaşamaq istəyənlərin eləcə də ailə birləşimi (evlilik, ailə səbəbi ilə) üçün müraciət edənlərə qanunvericilik bazasının təkmilləşdirilməsinə yönələcək.
Qanuni miqrasiya qanununverciliyinin əsas amalı miqrasiya axının effektiv idarə olunması, eyni zamanda Avro İttifaqa üzv olmayan ölkələrin vətəndaşlarının bu ərazidə qanuni yaşayanlara ədalətli münasibətin göstərilməsi üçün hazırlanıb.
Əlavə və dəyişikliklər əsasən Avropada işçi ehtiyacının təmin olunması, İttifaq üzvü olmayan vətəndaşların əmək istismarının qarşısının alınmasını da nəzərdə tutur.
Yaxın günlərdə Assambleyanın insan haqları, lahiyələr və beynəlxalq əməkdaşlıq komitəsi Avropa Miqrasiya və Daxili İşlər katibliyinə öz təkliflərini hazırlayıb göndərəcək.
BAKU.WS
Oxşar xəbərlər
Hansı ölkələrdə vətəndaşlıq almaq daha asandır? - SİYAHI
Bu gün xaricdə yaşamaq, başqa ölkələrin vətəndaşlığını əldə etmək istəyən kifayət qədər insan var. Bəs hansı ölkələrdə vətəndaşlıq almaq daha asandır? BAKU.WS...