Azərbaycanda qaçqın statusu almış əcnəbilərin sayı açıqlandı

Azərbaycanda qaçqın statusu almış əcnəbilərin sayı açıqlandı
Sosial 1394
 

"2016-cı ilin 31 dekabr tarixinə olan məlumatlara əsasən, ölkədə olan və ya yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 111 988 nəfər olub. Onlardan 63580-i olduğu yer üzrə qeydiyyata alınıb, 24-nün müvəqqəti olma müddəti uzadılıb, 37752-si müvəqqəti yaşamaq üçün icazə, 10559-u daimi yaşamaq üçün icazə, 73-ü isə qaçqın statusu alıb”.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu Nazirlər Kabinetinin 2016-cı ildə fəaliyyəti haqqında hesabatda öz əksini tapıb.

Hesabatda bildirilib ki, ötən il qaçqın statusu almaq niyyətində olan 95 əcnəbi (ailə üzvləri ilə birlikdə 209 nəfər) Dövlət Miqrasiya Xidmətinə müraciət edib: "Onlardan əvvəlki hesabat dövründə daxil olmuş müraciətlər də nəzərə alınmaqla, 31 (ailə üzvləri ilə birlikdə 52 nəfər) əcnəbi barədə qaçqın statusunun verilməsi haqqında vəsatətlərin təmin olunmamasına, 49 (ailə üzvləri ilə birlikdə 119 nəfər) əcnəbi haqqında qaçqın statusu verilməsindən imtina edilməsinə dair qərarlar qəbul edilib.

2016-cı il ərzində 4 ərizəçiyə (ailə üzvləri ilə birlikdə 16 nəfər) qaçqın statusu verilib, 17 əcnəbinin (ailə üzvləri ilə birlikdə 36 nəfər) vəsatəti isə icraatdadır.

Hazırda qaçqın statusu almış 50 şəxs (ailə üzvləri ilə birlikdə 73 nəfər) Dövlət Miqrasiya Xidmətində qeydiyyatdadır”.

BAKU.WS

Son xəbərlər