Aprel döyüşlərinin şəhidi məhkəməyə çağırıldı - Banka borcu var (FOTO)

Aprel döyüşlərinin şəhidi məhkəməyə çağırıldı - Banka borcu var (FOTO)
Siyasət 5941
 

Aprel döyüşlərində şəhid olan Xaliq Əzizzadə məhkəməyə verilib.

BAKU.WS-in məlumatına görə, bu barədə millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə yazıb. Millət vəkili buna səbəb kimi bildirib ki, aprel döyüşlərində şəhid olan Xaliq Əzizzadənin hələ sağlığında fəaliyyətdə olan "Para Bank"dan kreditə pul götürməsidir:

"Sizə bir az əvvəl rəsmi məktubla yanaşı bu açıq məktub da yazmaq istədim. Buna səbəb Aprel şəhidimiz Xaliq Əzizzadənin anasının, yəni şəhid anasının bir saatdır həyacandan, əsəbdən, üzüntüdən dayanmayan gözyaşlarıdır. Çünki o övladının bir müddət əvvəl fəaliyyətdə olan "Para Bank”dan götürdüyü pul və bankın onların başına gətirdiyi oyunlar üzündən məhkəməyə verilib və yaşadığı evi itirməklə üz-üzədir. Ən dəhşətlisi isə sizin Xətai rayon məhkəməsində qaldırdığınız iddia əsasında Aprel şəhidinin cavabdeh qismində məhkəmə çağırılmasıdır. Doğurdanmı 1 ildən çox vaxt keçməsinə, bütün ölkənin Aprel şəhidlərini tanımasına ramən qurumunuzda Xaliq Əzizzadənin şəhid olması barədə xəbər yoxdur ki onu cavabdeh qismində məhkəməyə çağırtdırır "PARA” BOKT ASC. Bunun bir ana üçün nə qədər böyük bir ağrı olduğunun fərqində olmaq bu qədərmi çətindir?

"Para” BOKT ASC rəhbərliyi!

Sizi yaraşan bu şəhid ailəsini qəbul edib, problemin həlli istiqamətində addımlar atmaqdır. Şəhid anasının da söylədiyi kimi doğurdanmı şəhidimizin Vətənimiz üçün, bizim üçün axıtdığı qanın o pul qədər dəyəri yoxdur. Məncə siz də belə düşünürsünüz ki var. Məncə siz də düşünürsünüz ki şəhid anası və atası banka borc üzündən(o borcun hansı oyunlarla böyüdüyünü qəbul etsəniz şəhidimizin anası və atası sizə geniş izah edər. Təbii siz keçmişdə törədilmiş bu işlərdə cavabdeh deyilsiniz amma bu ailə də qurban olmamaldır)evsiz qalmamalıdır. Hara gedəcək bu ağcaçlı ana və ağsaqqal ata? Onlar Ermənistandan qaçqın düşmüş insan kimi bir dəfə evlərini itiriblər və illərlə zəhmətdən sonra aldıqları bu evdən başqa da nə evləri nə də gedə biləcəkləri bir yer var. Ölkəmizin 1-ci Vitse Prezidenti hörmətli Mehriban xanım Əliyevanın bu ailələrlə görüşündə dediyi sözlər, önəmli mesajlar hamımızın yaxşı yadımızdadır. Bu ailələrə hər bir çətinlikdə yardım olmalıyıq.

"Para” BOKT ASC rəhbərliyi!

Bu gün həyatımdakı ən ağır günlərdən birini yaşayıram. Çünki bir şəhid anasnını 1 saata yaxındır ki dayanmadan axan gözyaşları dayandırmaq üçün çarələr axtarırıq. Və axan hər damla üçün utanırıq. O gözyaşlarını dayandırmaq sizin əlinizdədir. Və ümid edirəm ki siz müqəddəs Ramazan ayında o gözləri sevindirmək üçün ciddi addımlar atacaqsınız. Şəhidmiz milyonlarla pulla alına bilməyəcək qədər böyük fədakarlıq edib. Canını qurban edib, Mənim, Onun, Sizin üçün"

Qeyd edək ki, Əsgər Xaliq Əzizzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid olub. 

İman

BAKU.WS

Son xəbərlər