Almaniya Prezidenti: Azərbaycan 2022-ci ildə qaz təchizatında bizə kömək edib

2022-ci ildə Rusiya qazının təchizatında fasilələr yarandığı zaman Azərbaycan Almaniyanı lazımi həcmdə qazla təmin etmək öhdəliyini üzərinə götürüb.
BAKU.WS xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxış edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer deyib.
O, ölkələr arasındakı münasibətlərin tarixini xatırladaraq, alman şərabçılarının kənd təsərrüfatının bu sahəsinin inkişafına əhəmiyyətli töhfə verdiyini, Almaniya şirkətlərinin neft hasilatında və enerji sisteminin yaradılmasında iştirak etdiyini qeyd edib.
"Azərbaycanda çoxlu sayda alman yaşayıb. Tarixə nəzər salmaq çox vacibdir", - Prezident bildirib. O vurğulayıb ki, tarixi əlaqələr ölkələr arasındakı mövcud münasibətləri anlamaq üçün çox vacibdir.
F.Ştaynmayer qeyd edib ki, Azərbaycanda alman dilinin öyrənilməsinə və Almaniyada təhsilə böyük maraq var: "Buna görə də biz təhsil və elm sahələrində əməkdaşlığımızı genişləndirməliyik".
Almaniya Prezidenti həmçinin qarşılıqlı iqtisadi əlaqələrin perspektivlərini və hər iki ölkənin beynəlxalq hüquq normalarına sadiqliyini diqqətə çatdırıb.
Oxşar xəbərlər
Əhaliyə XƏBƏRDARLIQ - Bu tarixlərdə yağış yağacaq, güclü külək əsəcək
Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında sentyabrın 18-dən 19-na keçən gecə və 19-u axşam, 20-si gün ərzində bəzi y...
