Ajda Pekkan bu villasına 75 milyon istəyir - FOTO

Ajda Pekkan bu villasına 75 milyon istəyir - FOTO
Foto
Siyasət 106

Türkiyəli müğənni Ajda Pekkan satışa çıxardığı malikanəsi ilə gündəmə gəlib.

BAKU.WS xəbər verir ki, sənətçinin Sarıyer Bahçeköy ərazisində satışa çıxardığı dəbdəbəli evinə Birləşmiş Ərəb Əmirliklərindən olan şahzadə alıcı çıxıb. Lakin tərəflər alqı-satqı işlərini həyata keçirərkən razılaşa bilməyiblər.

Bundan sonra Ajda 38 milyon lirə (təxminən 5 milyon 50 min AZN) olan malikanəsinin qiymətini 75 milyon lirəyə (təxminən 9 milyon 965 min AZN) yüksəldib.

950 kvadratmetr sahəsi olan mənzil 1.5 hektar ərazidə yerləşir. İkimərtəbə villanın altı böyük otağı, iki zalı və üç böyük vanna otağı var.

Son xəbərlər