ABŞ-da türk restoranına hücum edən ermənilərdən biri həbs olundu - VİDEO
ABŞ-ın Los-Anceles şəhərinin Beverli Hills səmtindəki türklərə məxsus “İstanbul” restoranına hücum edən erməni icmasının radikal üzvlərindən biri həbs edilib.
BAKU.WS xəbər verir ki, bu barədə Beverli Hills Polis Departamenti məlumat yayıb.
Bildirilir ki, cinayətin törədilməsində əsas şübhəli bilinən şəxslərdən biri artıq həbs olunub.
Hadisə ilə əlaqədar istintaqı Federal Təhqiqat Bürosu (FTB) və Los-Anceles Polis Departamenti birgə aparır.
Qeyd edək ki, Beverli Hillsdəki türklərə məxsus restorana daxil olan bir qrup erməni orada əşyaları sındırmış, sahibkara ciddi ziyan vurmuşdu. Cinayətkarlar Azərbaycan və Türkiyə əleyhinə təhqiramiz ifadələr də işlətmişdilər.
Oxşar xəbərlər
Ermənilər “İstanbul” restoranına hücum etdilər - VİDEO
ABŞ-ın Los-Anceles şəhərinin Beverli Hills səmtindəki türklərə məxsus “İstanbul” adlı restoran hücum məruz qalıb. BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın...