Ermənilər “İstanbul” restoranına hücum etdilər - VİDEO
ABŞ-ın Los-Anceles şəhərinin Beverli Hills səmtindəki türklərə məxsus “İstanbul” adlı restoran hücum məruz qalıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu məlumat yayıb.
Radikal ermənilər restorana daxil olaraq əşyaları sındırıb, sahibkara ciddi ziyan vurublar.
Qeyd edək ki, ermənilərin cinayətini sübut edən görüntülər təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.
"21 iyulda Los Ancelesdə soydaşlarımıza, dünən isə Beverli Hills şəhərində Cafe Istanbul-a qarşı tətbiq edilən zorakılıqlar, eləcə də son həftələr soydaşlarımızdan daxil olan məlumatlar qarşı tərəfin aqressivliyinin daha da artdığını və hər bir təxribata hazır olduğunu göstərir.
Bir daha Kaliforniya və digər Qərb ştatlarında yaşayan həmvətənlərimizə səslənərək, hər hansı küçə aksiyalarından uzaq durmağı, Vətənə dəstəyi başqa vasitələrlə göstərməyi, daim ehtiyatlı olmağı və hər hansı təhdidlərlə və ya şübhəli məqamlarla bağlı Baş Konsulluğa məlumat verməyi (1 (310) 447-4616, [email protected]) xahiş edirik",-deyə Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun müraciətində bildirilir.
[media=https://www.facebook.com/azconsulatela/videos/993142087863696]
Oxşar xəbərlər
ABŞ-da Los-Ancelesdəki erməni daşnaklarının vəhşiliyinə dair məqalə dərc olunub
Baş konsul Nəsimi Ağayevin Los-Ancelesdə erməni daşnaklarının azərbaycanlı icma üzvlərimizə qarşı həyata keçirdiyi zorakılıq və vəhşiliklərlə bağlı yazdığı məqa...