Erməni mafiya başçısı Levon Termencyan ilə əlaqəli olan FTB agenti həbs edildi - TƏFƏRRÜAT

Erməni mafiya başçısı Levon Termencyan ilə əlaqəli olan FTB agenti həbs edildi - TƏFƏRRÜAT
Siyasət 384

ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayılmış məlumata əsasən, Kaliforniyanın San Fransisko şəhərində Federal Təhqiqatlar Bürosu (FTB) və Ədliyyə Nazirliyinin əməkdaşları tərəfindən birgə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində keçən il təqaüdə çıxmış FTB əməkdaşı Babak Brumand (Babak Broumand) saxlanılıb.

BAKU.WS xəbər verir ki, qeyd olunan şəxsin erməni mütəşəkkil cinayətkar qrupları ilə əlaqəli olan vəkildən (istintaqa könüllü köməklik göstərdiyi üçün anonimliyini qorumaq məqsədilə adı çəkilmir) 200 min ABŞ dolları məbləğində rüşvət aldığı iddia edilir.

İddiaya əsasən 2014-cü ildə B.Brumandla tanış olan vəkil bir müddət sonra ondan müəyyən məbləğ müqabilində FTB daxili bazasında cinayətkar qrup üçün lazımi məlumatların yoxlanılmasını xahiş edib.

B.Brumand təklifi qəbul edib və sözügedən vəkildən 2015-2017-ci illərdə hər ay 10 min ABŞ dolları məbləğində rüşvət alıb.

Belə qanunazidd tərəfdaşlıq zamanı vəkil ilk olaraq özü, daha sonra isə işlədiyi erməni əsilli mafiya başçısı, Lev Aslan Dermen kimi tanınan Levon Termencyan haqqında FTB bazasında hər hansı axtarış xarakterli məlumatların mövcudluğunun araşdırılmasını xahiş edib.

B.Brumand 2015 və 2016-cı illərdə qeyd olunan şəxs barədə vəkilə FTB-nin daxili bazasındakı məlumatları ötürmüş və nəticədə erməni cinayətkarın adından ona aylıq vəsaitdən əlavə 36 min ABŞ dolları dəyərində “Ducatti” motosikleti hədiyyə edilmişdir.

B.Brumand bundan əlavə, L.Termencyan ilə əlaqədə olan ABŞ Daxili Təhlükəsizlik Departamentinin xüsusi agenti Feliks Sisnerosa (Felix Cisneros) qarşı FTB tərəfindən aparılan istintaqa süni maneçilik törətməkdə də günahlandırılır.

B.Brumandın hazırkı qanunvericiliyə əsasən, 5 ilədək müddətə həbs olunacağı gözlənilir.

Son xəbərlər