ABŞ-da mağazalar, ticarət mərkəzləri talan edilir - VİDEO

ABŞ-da mağazalar, ticarət mərkəzləri talan edilir - VİDEO
Video
Siyasət 369

ABŞ-da qaradərili Corc Floydun polis əməkdaşı tərəfindən öldürülməsindən sonra ölkədə kütləvi iğtişaşlarla nəticələnən etirazlar keçirilir.

BAKU.WS RT-yə istinadən xəbər verir ki, mövcud vəziyyətlə əlaqədar Amerikanın 40 şəhərində komendant saatı tətbiq olunub.

"Associated Press"in məlumatına görə, Minneapolis, Çikaqo, Nyu-York, Atlanta, Albuquerque, San Xose, Hyuston, Finiks və Denverdə nümayişçilər polislə kütləvi qarşıdurmalara giriblər.

Son məlumata görə, bu günə qədər iğtişaşlarda iştirak etmiş 1400 nəfər saxlanılıb.

Bundan əlavə müxtəlif şəhərlərdə üzü maskalı və Corc Floydun ölümünə etiraz olaraq mağazaların şüşələrini sındırılıb, soyğunçuluq törədilib.

Ağ Ev rəhbəri Donald Tramp ştatlara rəhbərlik edən qubernatorlardan iğtişaşlarda iştirak edən insanlara qarşı sərt tədbirlərin görülməsini tələb edib.

Oxşar xəbərlər

CNN: Donald Tramp Ağ Evin bunkerinə aparıldı - VİDEO

CNN: Donald Tramp Ağ Evin bunkerinə aparıldı - VİDEO

ABŞ-ın Minnesota ştatında qaradərili Corc Floydun polis zorakılığı nəticəsində ölümündən sonra nümayişlər davam edir. ABŞ mediasının yazdığına əsasən, polis ilk...

413 Siyasət 10:49 01 iyun 2020

Son xəbərlər