Aİ Belarusdakı seçkilərin nəticələrini tanımayıb
“Aİ Belarus xalqı ilə həmrəydir və biz cəzasızlığı qəbul etmirik. Avqustun 9-da Belarusda keçirilmiş prezident seçkiləri azad və ədalətli olmayıb, beynəlxalq standartlarla uzlaşmayıb. Biz Belarus hökumətinin təqdim etdiyi nəticələri qəbul etmirik. Belarus xalqı daha yaxşısını və demokratik yolla lider seçməyi haqq edir”.
BAKU.WS-in məlumatına görə, bunu Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Belarusdakı vəziyyətlə bağlı keçirilən təcili videokonfransdan sonra təşkil olunan mətbuat konfransında deyib.
Aİ Şurasının Prezidenti qeyd edib ki, Belarusda tələbələrdən adi vətəndaşlara, zavod və fabrik işçilərinə qədər hamı dinc etirazlarda iştirak edib: “Dinc etirazçılara qarşı törədilən zorakılıq və şiddət sarsıdıcı idi və bu, qəbuledilməzdir. Biz bu qəddarlığı pisləyir və bununla bağlı şəffaf araşdırmanın başladılmasını istəyirik. Belarusda baş verən nümayişlər geosiyasətlə bağlı deyil, bu, milli böhrandır. Bu, xalqın öz rəhbərliyini azad şəkildə seçməsi ilə bağlıdır. Biz belarusluların hüquqlarının yanındayıq. Aİ bu zorakılığa, seçki saxtakarlığına və repressiyalara görə məsuliyyət daşıyan əhəmiyyətli sayda individual şəxslərə qarşı sanksiyalar tətbiq edəcək”.
Ş. Mişel qeyd edib ki, Aİ Belarus hökumətini zorakılığa son verməyə və ölkənin böhrandan çıxması üçün milli dialoqa başlamağa çağırır: “Bütün tərəflər və hətta üçüncü ölkələr dialoq prosesinə dəstək verməlidir. Biz Belarusdakı situasiyanı izləyəcəyik və dialoq üçün səylərə dəstək verməyə hazır olacağıq. Sonda mən birbaşa Belarus xalqına müraciət edirəm. Biz sizin, sizin fundamental demokratik hüquqlarınızın və çiçəklənən, demokratik gələcək qurmaq arzunuzun yanındayıq”.
Oxşar xəbərlər
ABŞ Aleksandr Lukaşenkonu dəstəkləmədi
ABŞ dövlət katibi Mayk Pompeo Belarusda keçirilən prezident seçkilərinə münasibət bildirib. BAKU.WS xəbər verir ki, Çexiyanın baş naziri Andrey Babiş ilə görüşd...