Yunker və Tusk vidalaşdı

Yunker və Tusk vidalaşdı
Foto
Siyasət 304

Avropa İttifaqı (Aİ) Komissiyasının rəhbəri Jan-Klod Yunker və Avropa İttifaqı (Aİ) Şurasının sədri Donald Tusk vəzifələrini yeni rəhbərlərə təhvil veriblər.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Tusk rəsmi mərasimdə vəzifəsini Şuranın yeni sədri, Belçikanın sabiq Baş naziri Şarl Mişelə təhvil verib.

Mərasimdə Donald Tusk vida nitqi ilə çıxış edib:

“Mən çox qürur duyuram ki, son 5 ildə Avropaya xidmət etmək şərəfinə sahib oldum. Mən əminəm ki, siz öz bacarıqlarınızı ittifaqımızı qorumaq üçün istifadə edəcəksiniz. Mən bu gün Aİ Şurasını tərk edirəm, lakin əsas olan odur ki, əziz Şarl, mən sizinlə olacağam”.

Aİ Şurasının yeni prezidenti Şarl Mişel Donald Tuska təşəkkür edib və ona yeni vəzifəsində uğurlar arzulayıb.

Xatırladaq ki, Donald Tusk noyabrın 20-də Avropa Parlamentində güclü partiyalardan biri olan Avropa Xalq Partiyasının prezidenti seçilib.

Yunker isə vəzifəsini Ursula von der Leyenə təhvil verib.

Son xəbərlər