Donald Tusk səlahiyyətlərini Şarl Mişelə təhvil verib
Avropa İttifaqı Şurasının sədri postunu tərk edən Donald Tusk səlahiyyətlərini Belçikanın sabiq Baş Naziri Şarl Mişelə təhvil verib.
BAKU.WS TASS-a istinadən xəbər verir ki, rəsmi mərasim noyabrın 29-da Avropa İttifaqı Şurasının Brüsseldəki yeni binasında keçirilib. Donald Tusk və Şarl Mişel bir-birinin əlini sıxaraq danışıqlar zalına keçib, sonra isə jurnalistlər qarşısına çıxıblar.
“Ümid edirəm ki, öz istedadınızı birliyimizin qorunması üçün sərf edəcəksiniz. Bu gün Avropa İttifaqı Şurasını tərk edirəm, lakin ən əsas odur ki, mən sizinlə qalacağam, əziz Şarl”, - deyə Donald Tusk vida çıxışında bildirib. Şarl Mişel isə öz növbəsində Donald Tuska təşəkkürünü ifadə edib və ona Avropa Xalq Partiyasının sədri postunda uğurlar arzulayıb.
Qeyd edək ki, Belçikanın sabiq Baş Naziri Şarl Mişel dekabrın 1-dən Avropa İttifaqı Şurasının sədri səlahiyyətlərinin icrasına başlayacaq.
Oxşar xəbərlər
Ermənistanda fövqəladə vəziyyət - “Metsamor” işçiləri istefa verir
Ermənistanın “Metsamor” Atom Elektrik Stansiyasındakı (AES) vəziyyət getdikcə daha təhlükəli hal almağa başlayır.Bunu Ermənistan Demokratiya Partiyasının sədri...