Rusiya telekanalında Sarkisyan haqqında: “Gəzəyən qızdır, əri olsa da, özünə sevgili tapıb...” - VİDEO

Rusiya telekanalında Sarkisyan haqqında: “Gəzəyən qızdır, əri olsa da, özünə sevgili tapıb...” - VİDEO
Video
Siyasət 5868
Rusiyanın NTV telekanalının “Görüş yeri” (“Mesta vstreçi”) proqramında Ermənistanın Şərq Tərəfdaşlığı təşəbbüsü çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq razılaşması imzalaması müzakirəyə çıxarılıb. BAKU.WS Virtualaz.org-a istinadən xəbər verir ki, proqramda noyabrın 24-də imzalanan bu razılaşma “ümumerməni miqyasında tarixi hadisə” adlandırılıb. Deyilib ki, Ermənistan bununla guya müstəqil olduğunu göstərmək istəyib. Əslində isə Ermənistan Avropa İttifaqı ilə əməkdaşlığa Rusiyanın nəzarəti altında gedib. Hansı ki, həmin ərəfədə intensiv erməni-rus təmasları bunu təsdiqləyir. Proqrama dəvət olunan ekspertlər isə Ermənistan barədə sərt fikirlər səsləndiriblər. Məsələn, politoloq Oleq Barabanov bildirib ki, Ermənistan Avropaya gərək deyil. “Burada məsələ sadədir-Avropa İttifaqında yaranmış çata Rusiya tərəfindən paz çalınması. Burada məsələ Avropaya deyil, Ermənistana aiddir. Ermənistan 2013-cü ildə Avrasiya İttifaqı və Avropa İttifaqı arasında seçim edə bilərdi. O vaxt Ermənistan Avrasiya İttifaqını seçdi, indi isə o azad deyil, bu ittifaqın üzvüdür. Bizdə Gömrük İttifaqı çərçivəsində sərhədlər yoxdur və Ermənistan troya atına çevrilib”-o deyib. Siyasi araşdırmalar İnstitutunun direktoru Sergey Markov isə deyib ki, razılaşmanın imzalanması Ermənistanın Rusiya ilə münasibətlərinin korlanması deməkdir. “İrəvanda Rusiyaya qarşı iradlar var ki, pulu az verir. Bizdə Njde məsələsi ilə bağlı münaqişə də var, o, Hitlerin tərəfdaşıdır. Ermənistanda isə onu qəhrəman elan edib heykəl qoyurlar. Njde nasist cinayətkarıdır”-Markov bildirib. Proqramın aparıcısı Olqa Belova isə Ermənistanın ünvanına tikanlı atmaca atıb. Onun sözlərinə görə, Ermənistan gəzəyən gənc qızdır, əri olsa da özünə gənc sevgili tapıb. Proqramın həmin dəqiqələrinin videokadrlarını təqdim edirik. Xatırladaq ki, Ermənistanla Aİ arasında razılaşmanın imzalanması ərəfəsində Rusiya Müdafiə Nazirliyinin telekanalı “Zvezda” Serj Sərkisyanı faşist Garegin Ndje ilə müqayisə etmişdi. BAKU.WS

Oxşar xəbərlər

Erməni nazirdən Qarabağla bağlı sərt bəyanat

Erməni nazirdən Qarabağla bağlı sərt bəyanat

"Dağlıq Qarabağ tanınmamış olsa da, ölkədir, münaqişə deyil. Və bu fakt tam başa düşülməyincə, münaqişənin həlli mümkünsüzdür. Orada 25 ildir ki, de-fakto, müst...

2926 Siyasət 21:05 08 may 2017

Son xəbərlər