İrəvan Rusiyanı NATO-ya satdı
Rusiyanın dəstəyindən əlini üzən Ermənistan indi də Qərblə separat danışıqlara başlayıb. Bununla İrəvan ondan üz döndərmiş Moskvanı şantaj edəcəyini də düşünür. Elə Ermənistanın müdafiə nazirinin müavini David Tonoyanın qəfildən Brüsselə uçaraq NATO rəhbərliyi ilə görüşmək istəməsi də bunun sübutudur.
Musavat.com-a bu barədə ilginc məlumat NATO-nun mənzil qərargahındakı dairələrlə əlaqəsi olan məlumatlı mənbədən daxil olub. Aldığımız məlumata görə, Tonoyan aprelin 21-də NATO Baş katibinin müavini Aleksandr Verşbou ilə görüşəcək və artıq görüş razılaşdırılıb. Adının çəkilməsini istəməyən mənbəmizin sözlərinə görə, erməni nazir müavini son hadisələrlə əlaqədar Alyans rəhbərliyini məlumatlandırmaqla yanaşı, ölkəsinin düşdüyü ağır durumdan çıxması üçün nicat diləyəcək. Şübhə yoxdur ki, Tonoyan NATO rəhbərliyinə Rusiyanın onları satdığını və dar ayaqda qoyduğunu, məhz Rusiyanın satdığı silahla erməni hərbçilərinin, həmçinin texnikanın məhv edildiyini deyib şikayətlənəcək. Xatırladaq ki, hazırda Ermənistanda Rusiyanın əleyhinə etirazlar artmaqdadır və növbəti aksiya elə Rusiya XİN başçısı Sergey Lavrovun İrəvana səfəri günü – cümə axşamı keçiriləcək. Məhz belə bir ərəfədə, Lavrovun Qarabağ təklifləri ilə Ermənsitan paytaxtına gəldiyi gün erməni ordusunun yüksək çinli nümayəndəsinin Avropaya qaçması təsadüf sayılmır. Yeri gəlmişkən, Ermənistanın Müdafiə nazirinin müavini D.Tonoyan bir müddət öncə İrəvanda xarici ölkələrin hərbi attaşeləri üçün keçirdiyi konfransda hərbi xəritələri təqdim edərək, guya Azərbaycanın ilk hücuma keçməsi barədə iddialar irəli sürmüşdü və onlardan yardım istəmişdi.
Qarabağ cəbhəsində ağır itkilər vermiş işğalçı ölkə indi də AvroAtlantik Alyansdan dəstək alacağını güman edir. Mənbəmiz şübhə etmir ki, Tonoyan erməni xalqının və hakimiyyətinin Rusiyadan "üz çevirdiyini” əsaslandırmaq üçün Ermənistandakı anti-Rusiya aksiyalarını və Serj Sərkisyanın Almaniya kansleri Merkelə Azərbaycana silah satdığına görə Rusiyadan şikayətlənməsini də xatırladacaq, bəlkə də "Ermənistan gələcəkdə NATO-nun üzvü ola bilər” mesajını verəcək. Ancaq hesab olunur ki, bu qəfil səfər daha çox Moskvaya mesajdır. Belə ki, satqın erməni hakimiyyəti bu dəfə NATO-ya yaxınlaşa biləcəyini nümayiş etdirməklə Rusiyanı Ermənistana dəstək verməyə sövq etmək istəyir.
Yeri gəlmişkən, elə bu günlərdə NATO Baş katibinin müavini Aleksandr Verşbou Rusiya və NATO arasında keçirilən iki gizli görüş barədə açıqlama vermişdi. Lakin o, demişdi ki, hər iki görüş uğursuzluqla başa çatıb. Ermənistan səfərinə hazırlaşan Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə Alyans barədə sərt fikirlər səsləndirərək "NATO öz mövcudluğuna məna vermək üçün düşmən axtarmaqla məşğuldur” demişdi. Görünən budur ki, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv olsa da, qurumun ondan üz çevirdiyini görən işğalçı Ermənistan yeni müttəfiqlər axtarışına çıxıb. Ancaq məhz belə bir situasiyada, NATO-Rusiya münasibətlərində gərginliyin hökm sürdüyü, NATO-nun Baş katibi ilə Rusiya rəhbərliyi arasında münasibətlərin kəskin fazaya adladığı şəraitdə Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin Brüsseldə görünməsinə heç şübhəsiz, Moskvadan kəskin reaksiya gələcək. Təcribə götərir ki, Kreml onu gizli və ya açıq şəkildə NATO-ya dəyişənləri bağışlamır. Gözləyək...
BAKU.WS
Oxşar xəbərlər
NATO-da vacib görüş
Aprelin 19-da Belçika Krallığının Brüssel şəhərində yerləşən NATO-nun Mənzil-Qərargahında Azərbaycan Respublikası ilə NATO arasında 2016-cı il "Planlaşdırma və...