"Putin sərhədi keçərsə, qarşısında bizi görəcək"
NATO-nun apropalı komandiri Rusiyanı hədələyib. ANS PRESS-in məlumatına görə, Estoniya televiziyasına müsahibə verən NATO-nun Avropa birləşmiş qüvvələrinin baş hərbi komandanı, general Filip Bridlav deyib ki, Putin sərhədi keçərsə qarşısında bir ölkəni deyil, NATO-nu görəcək.
O bildirib ki, Rusiya prezidenti Vladimir Putin çox güclü orduya sahibdir. "Rus əsgəri Suriya və Ukraynanın şərqində özünü göstərə bilib. Putin son 5 il ərzində orduya çox böyük xərc çəkib. Rusiyanın nüvə silahından istifadə gücü çox yüksəkdir. Sualtı və adi gəmiləri xüsusi raketlərlə təmin edilib”, - deyə NATO rəsmisi bildirib.
Bridlav qeyd edib ki, NATO Rusiyanın hərbi cəhətdən daha da güclənməsinin qarşısını almalıdır. "Bunun üçün NATO Şərqi Avropada və Baltikyanı dövlətlərdə silahlı qüvvələrini yerləşdirməlidir. O zaman Putin sərhəddən baxanda bir ölkəni deyil, NATO-nu görəcək.
Bridlav bildirib ki, NATO Rusiyanın addımlarını ciddi şəkildə izləməlidir. 2014-cü ildə Rusiyanın Ukrayna ərazisinə müdaxilə etməsi nəticəsində NATO ilə rəsmi Moskva arasında münasibətlər gərginləşib.
NATO Rusiyanı Ukrayna ərazisinə müdaxilə etməkdə günahladırır. NATO sülhün qorunmasını və azadlıqların müdafiəsini siyasi həmrəylik yolu ilə təmin edən və üzvlərinə qarşı yönəlmiş istənilən aqressiya formalarının dəf edilməsini, lazım gəldikdə isə hərbi gücdən istifadə edilməsini nəzərdə tutan müstəqil dövlətlərin alyansıdır.
1949-cu il aprelin 4-də Vaşinqtonda 12 dövlətin iştirakı ilə Şimali Atlantika müqaviləsi imzalandı və NATO yaradıldı. Əsasən ABŞ-ın iştirakı ilə Avropa ölkələrindən təşkil olunan bu blok ötən müddət ərzində fəaliyyətini şərqə doğru genişləndirib. Polşa, Macarıstan, Çexiya, Bolqarıstan, Rumınya, Slovakiya, Sloveniya, Albaniya, Xorvatiya və Baltik ölkələri tərkibinə üzv olub. Hazırda mənzil qərargahı Brüsseldə yerləşən alyansa 28 ölkə daxildir.
Rusiya NATO –ya qarşı Varşava Müqaviləsi Təşkilatını və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlı hərbi bloklar yaradıb. Amma heç bir hərbi blok NATO-nun dünyadakı nüfuzunu zəyiflədə bilməyib.
BAKU.WS
Oxşar xəbərlər
Zakir Həsənov: "Ermənistanın təcavüzkar siyasətinin qarşısı alınır"
Müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan NATO-nun Müttəfiq Transformasiya Komandanının müavini general Mirko Zulianinin rəhbərlik e...