Amerika Qüvvələrinin komandanı: "Qarabağda müharibə təhlükəsi artır"

Amerika Qüvvələrinin komandanı: Qarabağda müharibə təhlükəsi artır
Hadisə 1730

 

Avropada Amerika Qüvvələrinin komandanı hesab edir ki, Rusiya regionda nüfuzunu qoruyub saxlamaq üçün Qarabağ kimi həll olunmamış münaqişələrdən xarici və regional siyasət aləti kimi istifadə edir.

"Turan” informasiya agentliyi bildirir ki, Avropada NATO Qüvvələrinin baş komandanı olan general Filipp Bridlav cümə axşamı Vaşinqtonda deyib ki, Moskva faktiki olaraq Azərbaycana silah sataraq və Ermənistanda hərbi iştirakını davam etdirərək regionda qeyri-sabitliyi gücləndirib. Bu cür siyasət, çox güman ki, bu gün Qafqazda sülhə nail olmaq üçün ən böyük maneədir.

"Əslində təmas xətti boyunca və Ermənistan-Azərbaycan sərhədində zorakılıq son iki ildə xeyli artıb, 2015-ci il isə 1994-cü ildə atəşkəs elan edildikdən sonra münaqişənin davam etdiyi dövr ərzində ən çox ölüm halı qeydə alınan il olub”, - deyə Bridlav Nümayəndələr Palatasının Silahlı Qüvvələr üzrə komitəsində çıxış edərkən bildirib.

O deyib ki, Rusiya həmin regionlarda nüfuzunu qoruyub saxlamaq üçün münaqişə iştirakçılarına növbə ilə dəstək göstərməklə manipulyasiya edərək Qarabağdan və digər dondurulmuş münaqişələrdən istifadə edir.

"Moskvanın əvvəllər əldə etdiyi razılaşmalara zidd olaraq və beynəlxalq normaları pozaraq, Rusiya ən yaxın qonşularını məcbur edir, manipulyasiya edir və onlara hücum edir, dövlətlərin suverenliyini pozur. Rusiya razılaşdırılmış beynəlxalq asayiş qaydalarına riayət etmək istəmir... O, həmin qaydaları yenidən yazmaq istəyir”, - deyə Bridlav əlavə edib.

Öz növbəsində, ABŞ Milli Kəşfiyyat İdarəsinin direktoru Ceyms Klapper cümə axşamı ABŞ Konqresinin başqa bir komitəsində çıxış edərkən qeyd edib ki, "Azərbaycanda iqtisadi şəraitin pisləşməsi ilə yanaşı, hərbi gücün sabit şəkildə artırılması” ilə əlaqədar Ermənistan və Azərbaycan arasında gərginlik yüksək olaraq qalır. Bu, 2016-cı ildə münaqişə yaranması ehtimalını artırır, deyə Klapper bildirib.

BAKU.WS

Oxşar xəbərlər

Rusiyadan Azərbaycanın notasına cavab

Rusiyadan Azərbaycanın notasına cavab

"Ermənistan Rusiyanın müttəfiqidir. Bizim bu ölkə ilə hərbi-texniki sahədə əməkdaşlığımız şəffaf və açıqdır. Hesab edirik ki, Rusiya həm Azərbaycan, həm də Ermə...

2537 Siyasət 22:39 25 fevral 2016

Son xəbərlər