Rəsmi Bakı ermənilərin toy çadırını atəşə tutmasına sərt reaksiya verdi

Rəsmi Bakı ermənilərin toy çadırını atəşə tutmasına sərt reaksiya verdi
Siyasət 1395

"Ötən gün Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindəki mövqelərindən Azərbaycan Respublikasının Tərtər rayonunun Qapanlı kəndi ərazisində mülki insanların kütləvi şəkildə cəmləşdiyi toy mərasimini qəsdən atəşə tutması və nəticədə aralarında azyaşlı uşağın da olduğu üç nəfər şəxsin yaralanması Ermənistan tərəfindən növbəti dəfə beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması faktıdır”.

BAKU.WS-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, beynəlxalq humanitar hüquqa əsasən birbaşa və qəsdən mülki şəxslərə qarşı hücumlar qəti şəkildə qadağan edillib: "Silahlı münaqişələr vaxtı mülki əhali, o cümlədən, fərdi mülki şəxslər heç bir halda silahlı hücumun hədəf obyekti ola bilməz. Beynəlxalq cinayət hüququna uyğun olaraq, Ermənistan silahlı qüvvələrinin qəsdən törətdiyi bu əməl müharibə cinayətidir”.

H.Hacıyev vurğulayıb ki, bu fakt bir daha ona dəlalət edir ki, Ermənistan beynəlxalq humanitar hüquq üzrə üzərinə götürdüyü öhdəliklərinə riayət etmək, insanlığa xas etik və mənəvi davranışdan tamamilə uzaqdır: "Xocalı soyqırımı kimi insanlıq əleyhinə cinayəti törətmiş Ermənistanın mülki və hərbi rəhbərliyi üçün mülki şəxslərin kütləvi şəkildə qətlə yetirilməsi artıq adət halına çevrilib. Hələ 8 mart 2011-ci ildə Ermənistan silahlı qüvvələrinin snayper atəşi nəticəsində 9 yaşlı Fariz Bədəlov qətlə yetirilmişdi”.

XİN rəsmisi bildirib ki, son hadisə də daxil olmaqla, Ermənistanın bu kimi məsuliyyətsiz və cinayətkar davranışı beynəlxalq ictimaiyyət tərəfindən qəti şəkildə qınanılmalıdır: "Ermənistanın məqsədyönlü şəkildə atəşkəs rejimini pozması və cəbhə xəttində vəziyyəti qəsdən gərginləşdirilməsi, qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribatçı əməllər törətməsi, ayrı-seçkilik qoymadan mülki əhalini belə qəsdən silahlı hücuma məruz qoyması, eləcə də, bu günlərdə işğal edilmiş ərazilərdə yaradılmış qondarma kriminal rejimin "müstəqilliyi” adı altında Ermənistanın siyası rəhbərliyinin iştirakı ilə Xankəndi şəhərində tədbir təşkil etməsi, 13 sentyabr tarixində qondarma rejimin "yerli idarətetmə orqanları”na qurama "seçki”lər keçirməsi kimi təxribatçı siyasəti bir daha onu sübut edir ki, Ermənistanın əsl məqsədi Azərbaycan ərazilərinin işğalını və mövcud status kvonu davam etdirməkdir”.

H.Hacıyev əlavə edib ki, Ermənistanın təcavüz və işğala əsaslanan bu siyasəti münaqişənin həlli prosesinə və regionda sülh və sabitliyin bərqərar olmasına bilavasitə təhlükədir: "Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, yaranmış bu vəziyyətə görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistan tərəfindən mülki Azərbaycan vətəndaşlarına qarşı törədilmiş bu son müharibə cinayəti əməli də Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri tərəfindən beynəlxalq təşkilatlar qarşısında qaldırılacaq”.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Azərbaycandan milyonçu arvadının Şuşadakı təxribatçı addımına cavab

Azərbaycandan milyonçu arvadının Şuşadakı təxribatçı addımına cavab

"Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq, barəsində cinayət işi açılmış və həbs-qəti imkan tədbiri seçilmiş German Sterliqovun həyat yoldaşı...

1549 Siyasət 15:12 31 avqust 2015

Son xəbərlər