Rusiyadan Azərbaycanın notasına cavab
"Ermənistan Rusiyanın müttəfiqidir. Bizim bu ölkə ilə hərbi-texniki sahədə əməkdaşlığımız şəffaf və açıqdır. Hesab edirik ki, Rusiya həm Azərbaycan, həm də Ermənistana silah və hərbi texnika sataraq regionda qüvvələr balansının qorunmasını nəzərə alır”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Rusiya Xarici işlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib. M. Zaxarova Azərbaycanın Rusiyaya bu məsələ ilə bağlı nota verməsini Rusiya və Ermənistanın daxili işinə qarışmaq kimi qiymətləndirmədiyini vurğulayıb: "Mən deməzdim ki, bu, iki ölkənin daxili işinə qarışmaqdır. Hər bir qonşu dövlətin qonşularının atdığı addımlarla maraqlanmaq hüququ var. Bizim Ermənistanla hərbi-texniki sahədə əməkdaşlığımız şəffaf və açıqdır. Bu barədə Azərbaycan tərəfini diplomatik kanallarla məlumatlandırırıq".
BAKU.WS
Oxşar xəbərlər
Azərbaycandan Rusiyaya sərt cavab: "Əgər belə bir hal davam edəcəksə..."
Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Rusiyanın Ermənistana ağır hərbi texnika və silah satmasını ikili s...