Qarabağda yanvarda müharibə başlaya bilər

Qarabağda yanvarda müharibə başlaya bilər
Hadisə 1578

 

"Rusiya Dağlıq Qarabağa sülhməramlıları cəlb etməyi təklif edir, amma Bakı qəti surətdə qarşı çıxır".

BAKU.WS-in məlumatına görə, bu haqda Rusiyanın "Arqumentı nedeli" nəşri yazıb. Məqalədə deyilir ki, Dağlıq Qarabağın ətrafında vəziyyət ağırlaşır: 

"Praktik olaraq hər gün Ermənistan və Azərbaycan KİV-i və siyasətçilər bir-birini atəşkəsin pozulmasında ittiham edirlər və itkilər haqqında bildirirlər. Belə davam edərsə yanvar ayından açıq müharibə qaçılmaz olacaq. 

Rusiya hərbi-diplomatik mənbəyi bildirir ki, indi Qarabağ münaqişəsinin sakitləşdirilməsinin iki planı mövcuddur: "Birincisini ABŞ və Fransa təklif etdi – ATƏT-in Minsk Qrupunun nümayəndələrinin sayını artırmaq, ərazini müşahidə və kontrol etmək üçün bölgəyə texniki vasitələrlər cəlb etmək. Biz hesab edirik ki, bu kömək etməyəcək və sülhməramlıların Qarabağa yerləşditilməsini təklif edirik. Amma Bakı qəti surətdə buna qarşıdır".

Nəşr yazır ki, Gümrüdə təcili surətdə Rusiya hərbi bazasının şəxsi heyətini, zirehli texnikasını artırırlar. Cənub hərbi dairəsinin döyüş və nəqliyyat vertolyotları bazaya göndərilib. 

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Ermənistandan savaş etirafı: "Azərbaycanla müharibə edirik"

Ermənistandan savaş etirafı: "Azərbaycanla müharibə edirik"

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın İsveçrənin Bern şəhərində görüşündə Dağlıq Qarabağın gələcəyi ilə bağlı heç bir nət...

2035 Hadisə 14:26 23 dekabr 2015

Son xəbərlər