Rusiya Qarabağa qoşun yeritsə Azərbaycanı birdəfəlik itirəcək

Rusiya Qarabağa qoşun yeritsə Azərbaycanı birdəfəlik itirəcək
Siyasət 2193
 

"Əgər Rusiya Qarabağa qoşun yeritsə, Azərbaycan kimi tərəfdaşı ilə vidalaşmalı olacaq. Mən inanmıram ki, Qarabağda yeni müharibə mümkün olsun. Düşünürəm ki, müharibə təbliğatçılıq xarakterini daşıyır və böyük müharibə heç kimin planlarına daxil deyil — nə Ermənistanın, nə də Azərbaycanın. Regionda müharibə Rusiyaya da lazım deyil".

BAKU.WS-in məlumatına görə, bunu Rusiya əsilli jurnalist və siyasi analitik Vadim Dubnov söyləyib. O bildirib ki, Qarabağla bağlı bir neçə versiya müzakirə edilir. Bunlar arasında Rusiyanın Qarabağa qoşun yeritməsi və münaqişə üzərində tam nəzarəti ələ alması, Azərbaycanın Avrasiya iqtisadi ittifaqına daxil olması məsələsinə görə Bakıya təzyiq etməsi və Qarabağ məsələsində Azərbaycana dəstək verməsi istisna edilmir. 

"Rusiya Qarabağa görə Azərbaycana söz verə bilmir, çünki RF bu zonada müharibəni və sülhü nəzarətdə saxlaya bilmir. Rusiyanın regionda elə də ciddi hərbi qüvvəsi yoxdur. Həmçinin Azərbaycanı Ermənistan tərəfindən hücumla cəzalandırmağa ehtiyac yoxdur. Rusiyaya bu sərfəli deyil, çünki RF-nin regionunda nəzarət edə biləcəyi gərginlik lazımdır. S.Sarkisyanı və İlham Əliyevi Moskvaya dəvət etmək və onları barışdırmaq mümkün olacaq". 

Vadim Dubnovun fikrincə, müharibədə Azərbaycanın qələbə payı hər ötən gün artır. Ekspert hesab edir ki, Azərbaycan Qarabağ münaqişəsində nəzarət edən tərəfdir: "Azərbaycan və Ermənistan arasında real artilleriya dueli olarsa, yüzlərlə insan məhv olacaq. İndiki halda mən BMT-nin Baş assambleyasındakı çıxışlardan sonra vəziyyət bir az sakitləşəcək. Ancaq hər kəs əla bilir ki, heç bir Azərbaycana sülh müqaviləsi imzalamağa məcbur edə bilməz. Ermənistanın da torpaqları qeyri-şərtsiz qaytaracağı inandırıcı görünmür. Gələcək proseslər vəziyyətin hansı məcrada dəyişəcəyini göstərəcək".

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər