Azərbaycanda rüşvətə görə işdən qovulan rəhbər işçi məhkəmə yolu ilə işə bərpa olundu
Bu günlərdə Nəsimi rayon məhkəməsinin hakimi Pərviz Hüseynov Bank VTB-nin işdən çıxarılmış "Sahil” filialının rəhbəri Böyükağa Məmmədovu əvvəlki vəzifəsinə bərpa edib.
BAKU.WS-in məlumatına görə, B.Məmmədov işdən korrupsiya qalmaqalı (müştəriyə kreditin verilməsi əsnasında) nəticəsində azad olunmuşdu. Lakin məhkəmə işdən çıxarılmanın əsassız olduğu qənaətinə gəlib.
Məlum olduğu kimi, VTB ikinci rübü 17 mln. manatdan çox zərərlə başa vurub, məcmu kapitalı heç 34 mln. manat təşkil etmir (məcmu kapitalın 50 mln. manatdan az olması bankın lisenziyasının alınması üçün əsasdır), problemi kreditlərin həcmi 54 mln. manatı ötüb. Buna görə də təhlükəsizlik kontekstində VTB ölkəmizin ən etibarsız banklarından biridir. Əmanətçilər çox ehtiyatlı olmalıdır. Nəzərə alsaq ki, VTB ölkədə yeganə Rusiya bankıdır (Nikoyl Bank and-aman edir ki, Rusiya bankı deyil), o, ən təhlükəli bankdır.
Maliyyə üzrə mütəxəssis, Əkrəm Həsənov bildirir ki, Rusiya indi ağır maliyyə durumundadır. Onun sözlərinə görə, iki cəbhədə (Ukrayna və Suriya) apardığı müharibə onun iqtisadiyyatını tamamilə məhv edə bilər:
"Belə şəraitdə əmanətçilərmizin bu banka qoyduğu vəsait nəinki ölkə daxilində, həm də Rusiyada problemli kreditə çevrilə bilər. Yəni bank həmin vəsaiti Rusiyaya kredit kimi verə və həmin pul orada bata bilər. Problemli kreditlərinin həcmi və korrupsiya qalmaqalları göstərir ki, bu bank əmanətçilərin pulunu qoruya bilmir. Onu da xatırladım ki, bu bankın Azərbaycana gəlişi də birmənalı olmayıb. Bir neçə il ərzində VTB bizdə lisenziya ala bilmirdi. Səbəb o idi ki, VTB-nin Ermənistandakı törəməsinin Qarabağda filialı var idi".
BAKU.WS
Oxşar xəbərlər
Ziya Məmmədovun işdən çıxması xəbərinə rəsmi açıqlama
"Son günlər kütləvi informasiya vasitələrində Nəqliyyat Nazirliyilə bağlı cəfəng xəbərlər gedir. Yayılan xəbərlərin heç biri həqiqətə uyğun deyil”. Bu barədə N...