Məşhur fotoqraf Qarabağ müharibəsində çəkdiyi şəkilləri yayımladı (FOTO)

Məşhur fotoqraf Qarabağ müharibəsində çəkdiyi şəkilləri yayımladı (FOTO)
Hadisə 3801

Peşəkar fotoqraf Cek Pikon Qarabağ müharibəsi zamanı çəkdiyi fotoları yayımlayıb.

BAKU.WS-in məlumatına görə, Cek 1992-ci ildə Qarabağa yollanıb. Fotoqraf ilk müharibə təcrübəsinin də məhz bu zaman başladığını deyir. Döyüşlər barədə öz təəssüratlarını yazan Cek gördüklərindən çox təsirlənib:

"Dağlıq Qarabağ Müharibəsi uzun müddət əvvəldən başlayıb. Mən 1992-ci ildə Qarabağa gələndə təxminən 30 yaşım var idi. İlk gəldiyim gündən etibarən ölümlə həyat arasındakı nazik tükü daha yaxşı hiss etdim. Bir dəfə dağın kənarında yerləşən səngərdə gözləyirdim. Birdən atışma başladı və partlayış səsləri eşidildi. Bu zaman səngərlə bərk qaçmağa başladım. Bu, əsl müharibə səhnəsini xatırladırdı. Partlayış zamanı başımdan qəlpə yarası aldım. Amma buna baxmayaraq mən sağ qaldım. Ürəyim tez-tez döyünürdü", - deyə Cek söyləyib.

ŞAHİN Həbibov

BAKU.WS 

Son xəbərlər