Deutsche Welle: Putin 5 rayonu Azərbaycana qaytarır

Deutsche Welle: Putin 5 rayonu Azərbaycana qaytarır
Siyasət 1917

Almaniyanın Deutsche Welle nəşri rəsmi Moskvanın Azərbaycanın işğal edilmiş 5 rayonunun qaytaracağı ilə bağlı maraqlı məqalə dərc edib. 

BAKU.WS-in məlumatına görə, nəşr Rusiyanın Azərbaycanla yaxınlaşdığını və bu amilin Suriya məsələsinə görə Moskva üçün göydəndüşmə olduğunu vurğulayır.

"Putin mürəkkəb bir sxem hazırlayıb. Suriyaya qoşun çıxarmaq üçün Azərbaycanla qurulmuş isti əlaqələrdən istifadə edilə bilər. Putin Avropa ilə rəsmi Bakının arasının dəyməsindən məharətlə yararlanmaq istəyir. Qarabağda Azərbaycan ordusu ilə erməni hərbi birləşmələri arasında vaxtaşırı toqquşmalar olur. Azərbaycan əhalisi torpaqları qaytarmaq üçün müharibə ab-havasına köklənib. Ancaq indiki vəziyyətdə Moskvaya Qarabağda hərbi əməliyyatların başlaması sərf etmir. Ona görə Moskvada problemin diplomatik yolla həlli üçün səylər artırılır. Bu yaxında Serj Sarkisyanın Moskvaya səfəri də buna sübut idi. Moskva tədricən 5 Azərbaycan rayonunun qaytarılmasını təşkil edir”, - deyə məqalədə qeyd edilir. 

Almaniya mətbu orqanı yazıda bu vəziyyətdən ən çox Moskvanın qazanacağını iddia edir: "Putin Azərbaycanın dəstəyini qazanır. Bu ssenaridə ən çox rəsmi Bakı ilə daha da yaxınlaşan Moskva qazanmış olur.”

Azad Əliyev

BAKU.WS

Oxşar xəbərlər

“Bakı 5 rayonu geri alır, ancaq...”

“Bakı 5 rayonu geri alır, ancaq...”

Politoloq, siyasi elmlər namizədi, Mərkəzi və Şərqi Avropa üzrə ekspert, bir sıra KİV-lərin siyasi icmalçısı İvan Preobrajenskinin "Deutsche Wellle” alman nəşri...

5367 Siyasət 14:39 25 sentyabr 2015

Son xəbərlər