Moskva Sarkisyana Qarabağı geri qaytarmağı təklif edir
Rusiya KİV-i Qarabağla bağlı maraqlı iddia ortaya atıb.
BAKU.WS-in məlumatına görə, KİV yazır ki, nə Bakı, nə də İrəvan İkinci Qarabağ müharibəsini istəmir, ancaq Azərbaycan öz tələblərini və ərazi bütövlüyünü bərpa etmək cəhdlərini davam etdirəcək.
Rusiya isə Xəzər regionunda, həmçinin Avrasiya İqtisadi İttifaqının tərkibində Azərbaycan kimi etibarlı tərəfdaşını görmək istəyir. Aİİ Bakının iqtisadiyyatı nöqteyi-nəzərindən də əlverişlidir. İttifaq Azərbaycan məhsulları üçün öz böyük bazarını təklif edir.
Bununla birlikdə artıq Ermənistan Azərbaycanın Aİİ-yə girişi üçün real əngəldir. Eyni zamanda, Rusiya Federasiyasının Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrovun Bakıya səfərinin detalları açıqlanmır. Fərz etmək olar ki, Moskva Azərbaycana Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı planını təklif edib.
Rusiya KİV-in iddialarına görə, Qarabağın iki sülh variantı var. Birinci ondan ibarətdir ki, Ermənistan öz qoşunlarını Dağlıq Qarabağdan tamamilə çıxarır və Qarabağa nəzarət Azərbaycana keçir.
Rəsmi Bakı da bunu istəyir. Amma İrəvan buna getmək istəmir. İkinci variantda Ermənistan Azərbaycana Laçından başqa bütün rayonları qaytaracaq. Ermənistan Laçını saxlamaqla Qarabağla coğrafi əlaqələrini saxlamaq niyyətindədir.
Azərbaycana qaytarılan rayonlarda yaşayan erməni əhalisi öz istəyi ilə Ermənistana köçürüləcək. Bu halda Azərbaycan Qarabağdan köçürülmüş bütün ermənilərə maddi kompensasiyanı ödəməyə məcbur olacaq. Maliyyə əməliyyatı Moskva vasitəsilə mümkün ola bilər. Bu maliyyə əhali tərəfindən narazılıqla qarşılanarsa, Rusiya həmin vəsaiti Avrasiya İqtisadi İttifaqı adından Ermənistana kredit kimi verəcək. Bundan sonra Ermənistan əhalisi sakitcə Qarabağdan köçürüləcək.
ŞAHİN Həbibov
BAKU.WS
Oxşar xəbərlər
Lavrov həmsədrlə Qarabağı müzakirə etdi
Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləriylə Rusiyanın xarici işlər naziri Serqey Lavrov arsında görüş keçirilib. BAKU.WS-in məlumatına görə, görüşdə Dağl...