Lavrov həmsədrlə Qarabağı müzakirə etdi

Lavrov həmsədrlə Qarabağı müzakirə etdi
Siyasət 1114

Nyu-Yorkda ATƏT-in Minsk Qrupunun həmsədrləriylə Rusiyanın xarici işlər naziri Serqey Lavrov arsında görüş keçirilib.

BAKU.WS-in məlumatına görə, görüşdə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salması üzrə danışıqlar aparılıb. 

"ATƏT-in Minsk Qrupunun həmsədrləri Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə artıq nail olunmuş qərarların həyata keçirilməsi prosesinə sadiqdir", - deyə həmsədrlərlə görüşündə Serqey Lavrov bildirib.

Onun sözlərinə görə, Dağlıq Qarabağ münasişəsinin nizama salınması prosesində  yeni addımlar atmaq üçün imkanla var: "Hər üç ölkənin həmsədrləri bu prosesə sadiqdir. Ermənistanla və Azərbaycanla bizim münasibətlərimizi nəzərə alaraq biz, bu istiqamətdə səylərimizi davam etdiririk". 

ŞAHİN Həbibov 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər