NATO Türkiyənin müdafiəsi üçün bölgəyə qırıcı və hərbi gəmilər göndərir (VİDEO)
"NATO Türkiyəyə istənilən formada dəstək verməyə hazırdır".
BAKU.WS-in məlumatına görə, bu barədə NATO-nun baş katibi Cens Stoltenberq təşkil etdiyi mətbuat konfransında bildirib. O, çıxışında söyləyib ki, Türkiyənin hava məkanını qorumaq haqqını tamamilə dəstəkləyir. Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə görüşdən öncə təşkil etdiyi mətbuat konfransında çıxış edən Cens Stoltenberq bildirib ki, Türkiyəyə dəstək üçün bütün döyüş imkanları ilə təchiz olunmuş qırıcılar və gəmilər göndəriləcək. O, bunun səbəbini Rusiyanın İŞİD üzərində əməliyyatı zamanı plandan kənar hərəkət edilməsi ilə izah edib. Cens Stoltenberqin sözlərinə görə, əgər Rusiyanın bu addımından Türkiyə zərər görərsə, o zaman NATO məsələyə mütləq müdaxilə edəcək. Sonda NATO-nun baş katibi Rusiyanı Suriyada konstruktiv rol oynamağa və ancaq İŞİD-lə mübarizə aparmağa da çağırıb.
Ziya Səccad
BAKU.WS
Oxşar xəbərlər
Obamadan Ərdoğana: "Haqlısınız, Putinə də söylədim" (VİDEO, FOTO)
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Barak Obama ilə görüşüb. BAKU.WS-in məlumatına görə, Parisdə baş tutan görüşdə son günlər Rusiya-Türkiy...