Sarkisyan: "Rusiya ordusu Qarabağa o halda girə bilər ki..."

Sarkisyan: Rusiya ordusu Qarabağa o halda girə bilər ki...
Siyasət 7562

 

Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağda Rusiya sülhməramlılarının yerləşdirilməsi məsələsinə münasibət bildirib.

BAKU.WS-in məlumatına görə, Sarkisyan Bloomberg agentliyinə müsahibəsində belə bir imkanın mövcud olmadığını söyləyib:

"Mən belə bir imkanın mümkün olduğuna inanmıram. Əgər danışıqlar yoxdursa, necə Rusiya qoşunları Qarabağda ola bilər? Rusiya qoşunları burada ən azı tərəflərdən birinin dəvəti ilə ola bilər. Bu regionda genişmiqyaslı hərbi hərəkətlərin qarşısına almaqda Rusiyanın cəhdləri kifayət etmir".

Serj Sarkisyan qeyd edib ki, Ermənistan kiçik ölkədir və cəbhədəki nəticələr arzuolunmaz ola bilər: "Bilirsiniz, niyə mən deyirəm ki, genişmiqyaslı hərbi əməliyyatlara Rusiyanın təsiri yoxdur? Ona görə ki, nə vaxt mən müharibə hadisələrini təhlil edirəm, görürəm ki, Rusiya KİV vasitəsi ilə təbliğat aparır. Bununla yanaşı, baxmayaraq ki, bizim Rusiyayla strateji müqaviləlimiz var, amma rus məmurları deyirlər ki, Azərbaycan onların strateji tərəfdaşıdır". 

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər