Nikol Paşinyan Sorosun quluna çevrilib
Ermənistanın baş naziri Nikol Paşinyan amerikalı milyarder Corc Sorosun əsirinə çevrilib.
BAKU.WS verir ki, bu iddia ilə Ermənistanın "VETO” ictimai-siyasi hərəkatının rəhbəri Narek Malyan çıxış edib.
O, Facebook səhifəsində paylaşım edib ki, Baş nazir Paşinyan Sorosçular tərəfindən əsir götürülüb və onların diqtəsi ilə hərəkət edir.
Ermənistan baş nazirinin girovluqdan xilas edilməsi və Corc Sorosun rəhbərlik etdiyi Açıq Cəmiyyət İnstitutunun ofisinin bağlanılması məqsədilə İrəvanda aksiya da keçirilib.
Qeyd edək ki, Nikol Paşinyanın "Soros" İdarəetmə Fondunun sədri və Açıq Cəmiyyət İnstitutunun rəhbəri Corc Soros tərəfindən hakimiyyətə gətirilməsi geniş yayılan iddialardandır. Amerikalı biznesmenin müxtəlif vaxtlarda Ermənistandakı Paşinyanın gətirdiyi demokratiyanı dəstəkləməsi bu iddiaları təsdiqləyir.
"Açıq Cəmiyyət" (Open Society Foundations) Fondunun yaradıcısı öz Twitter səhifəsində belə paylaşım edib: "Ölkənin demokratik gələcəyi və inkişafı üçün Ermənistanda vətəndaş cəmiyyətinin dəstəklənməsi gərəkdir". Sorosun Ermənistandakı mühitlə bağlı paylaşım etməsi və onun Paşinyanı dəstəkləməsi Ermənistandakı inqilabın əsas dəstəkçisi olduğunu ortaya qoyub.
Bundan əlavə "Wikileaks" saytının məlumatlarında 28 mart 2008-ci ildə Paşinyanın Ermənistanda axtarışda olduğu vaxt ABŞ səfirliyində gizlənməsindən bəhs olunur. Parlamentdəki "Yelk" fraksiyasının tərkibində olan Vətəndaş Müqaviləsi partiyasının lideri olan Paşinyanı 2008-ci ildə ilk dəfə Serj Sarkisyanın prezident seçilməsindən sonra ona qarşı keçirilən etirazlarda iştirak edən müxalif lider etirazlarda iştirakına görə 7 il həbs cəzası alıb. Həbs edilənə qədər isə ABŞ səfirliyinin ona sığınacaq verdiyi bildirilir.
Bütün bu iddialar Nikol Paşinyanın ABŞ-ın əlində alət olmasını və Açıq Cəmiyyət İnstitutunun rəhbəri Corc Soros tərəfindən idarə edildiyini gündəmə gətirib.
Oxşar xəbərlər
Paşinyan: "Ermənistandakı korrupsiyanın həcmindən şoka düşmüşəm"
Korrupsiya haqqında gündəlik məlumatlar məni şok edir. “Sputnik Armeniya”-nın verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.“Ermən...