Paşinyan Ermənistanda ümummilli tətil elan etdi - Yollar bağlandı

Paşinyan Ermənistanda ümummilli tətil elan etdi - Yollar bağlandı
Siyasət 2133
Ermənistanda etiraz hərəkatının lideri, bu gün parlamentdə baş nazir seçilməmiş Nikol Paşinyan tərəfdarlarını ölkənin bütün yollarını, metro stansiyalarını, hava limanlarını bağlamağa səsləyib. O, mayın 2-də bütün ölkə üzrə tətil elan edib.BAKU.WS xəbər verir ki, on minlərlə tərəfdarı qarşısında mitinqdə Paşinyan deyib: “Sabah bütün Ermənistanda ümummilli tətil elan edilir. Saat 8:15-dən etibarən Ermənistanın bütün küçələri, metro, aeroportlar, mümkün olan hər yer bağlanır. Mən baş nazir postuna namizəd kimi bütün dövlət qulluqçularına müraciət edirəm – tətil elan edirik”.Onun sözlərinə görə, vətəmndaşlıq itaətsizliyinə bütün Ermənistan əhalisi qoşulmalıdır.“Bu, erməni xalqının ulduz saatıdır”, - Paşinyan qeyd edib.BAKU.WS

Oxşar xəbərlər

Paşinyandan Qarabağ AÇIQLAMASI

Paşinyandan Qarabağ AÇIQLAMASI

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü qalacaq.BAKU.WS-in məlumatına görə, bunu Ermənistanda etiraz hərəkatının lideri Nikol Paş...

10459 Siyasət 23:18 27 aprel 2018

Son xəbərlər