Paşinyan: "Ermənistandakı korrupsiyanın həcmindən şoka düşmüşəm"
20
iyl
2018
23:24
Korrupsiya haqqında gündəlik məlumatlar məni şok edir. “Sputnik Armeniya”-nın verdiyi xəbərə görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.“Erməni cəmiyyətində həmişə bəlli problemlərdən danışılır, amma elə də aşkar olmayan, lakin əhəmiyyəti heç də az olmayan məsələlərə çox az diqqət yetirilir. Mən təəccüb edirəm. Əvvəllər mən çalışırdım sərt tənqidlərə, qabartmalara yol verməyim, lakin bu gün ölkədəki korrupsiyanın miqyasından şokdayam. Bu ağlasığmaz dərəcədədir”, - deyə Nikol Paşinyan qeyd edib.N.Paşinyanın sözlərinə görə, korrupsiyaya dair ən sərt çıxışı ölkədəki korrupsiyanın real miqyası ilə müqayisədə gülüncdür. Ermənistanın baş naziri ölkədəki çoxsaylı problemlərdən təəccüblənməkdə davam etdiyini bildirib.“Belə düşünürəm ki, mən hələ dörd ay ərzində hər gün nəyəsə təəccüblənməkdə davam edəcəyəm. Mənə hər gün elə məlumatlar təqdim edirlər ki, faktlar - sübut №1, №2, №3 və s. açıqlanmayanadək, onlara heç inanmağım gəlmir”, - deyə baş nazir bildirib. Onun sözlərinə görə, vəziyyət o qədər acınacaqlıdır ki, əsəblər tap gətirmir: “Mən gün ərzində bu qədər neqativ məlumatların fonunda təmkinli qalmaqda çətinlik çəkirəm və məruzə edəndən çıxışını dayandırmağı xahiş edirəm. Mən dözməyərək, məruzəçiyə “dur, bəsdir, daha dinləmək istəmirəm, bu günə kifayətdir, sağ olun, uğurlar, gedin bunları başqasına danışın” deməyə məcbur oluram".BAKU.WS
Oxşar xəbərlər
Nikol Paşinyan Dağlıq Qarabağa səfər edib
Ermənistanın baş naziri Nikol Paşinyan ötən gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfər edib.BAKU.WS “news.am” saytına istinadən xəbər ve...