ABŞ Aleksandr Lukaşenkonu dəstəkləmədi
ABŞ dövlət katibi Mayk Pompeo Belarusda keçirilən prezident seçkilərinə münasibət bildirib.
BAKU.WS xəbər verir ki, Çexiyanın baş naziri Andrey Babiş ilə görüşdən sonra Mayk Pompeo Belarusdakı seçkilərin nəticələrinin ədalətli olmasına şübhə ilə yanaşdığını açıqlayıb.
“Belarusda baş verənləri görürük, bu ölkədəki seçkilərin nəticələrinin ədalətli olmasına şübhəmiz var. Belarus əhalisi demokratiya istəyir və onlar buna layiqdir. ABŞ Belarusdakı demokratik qüvvələrə dəstəyini davam etdirəcək”, - deyə Pompeo vurğulayb.
Qeyd edək ki, avqustun 9-da Belarusda baş tutan prezident seçkilərinin qalibi 6-cı dəfə Aleksandr Lukaşenko olub. Lukaşenkonun qələbəsi elan olunduqdan sonra paytaxt Minsk və ətraf rayonlarda etiraz aksiyaları keçirilib.
Polislə qarşıdurmaya çevrilən nümayişlərdə 3 min insanın saxlanıldığı, 1 nəfərin öldüyü, onlarla insanın isə yaralandığı bildirilir.
Oxşar xəbərlər
Seçkilərin ilkin nəticələrindən sonra Belarusda vəziyyət qarışdı - VİDEO
Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkənin bütün bölgələrində qalib gəlib. BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Belarus Mərkəzi...