Seçkilərin ilkin nəticələrindən sonra Belarusda vəziyyət qarışdı - VİDEO

Seçkilərin ilkin nəticələrindən sonra Belarusda vəziyyət qarışdı - VİDEO
Foto Video
Siyasət 628

Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko ölkənin bütün bölgələrində qalib gəlib.

BAKU.WS "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Belarus Mərkəzi Seçki Komissiyasının rəhbəri Lidia Yermoşina açıqlayıb.

İlkin nəticələrə görə, Aleksandr Lukaşenko ölkə üzrə seçicilərin 80,23 faizin etimadını qazanıb.

Qeyd edək ki, Lukaşenkonun seçkilərdə liderlik etməsi barədə məlumatın çıxmasından sonra paytaxt Minsk də daxil olmaqla, bir neçə şəhərdə insanlar küçələrə çıxaraq nəticələrə etiraz ediblər. Dünən gecədən etibarən polislə narazı kütlə arasında şiddətli toqquşmalar qeydə alınıb.

Belarusda prezident seçkilərindən sonra baş verən kütləvi iğtişaşlarla bağlı cinayət işi başlanıb. Son məlumata görə, 300 belaruslu yerli polis tərəfindən saxlanılıb.

Belarus Daxili İşlər Nazirliyinin mətbuat katibi Olqa Çemodanova bildirib ki, internet resurslarında Belarusda icazəsiz etiraz aksiyaları zamanı baş verənlər barədə yalnış məlumatlar yayılır.

Son xəbərlər