"Exit poll": "Lukaşenko seçkilərdə qalib gəlib
Belarusun hazırkı dövlət başçısı Aleksandr Lukaşenko ölkədə bu gün keçirilən prezident seçkilərində qalib gəlib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu barədə "MİR" telekanalı tərəfindən keçirilən "exit poll"un nəticələrində bildirilir.
Sorğunun nəticələrinə əsasən qeyd edilir ki, hazırkı dövlət başçısı seçicilərin 79,7 faizinin səslərini toplayıb. Onun rəqibi, tutulan bloger Sergey Tixanovskinin həyat yoldaşı Svetlana Tixanovskaya isə seçkilərdə 6,8 faiz səs yığa bilib.
Qeyd edilir ki, Anna Kanopatskaya 2,3 faiz, Andrey Dimitriyev 1,1 faiz səs toplayıblar. Seçkilər baş tutmuş hesab edilir.
Yerli vaxtla saat 18:00-a olan məlumata əsasən seçkilərdə 79,01 faiz seçici iştirak edib. Artıq seçki məntəqələri bağlanıb.
Oxşar xəbərlər
Belarusda prezident seçkiləri başa çatdı - YENİLƏNİB
Belarusda bu gün keçirilən prezident seçkilərində səsvermələr başa çatıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyas...