Süleymaninin sui-qəsdinin arxasındakı şəxs məlum oldu
İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Qüds” qüvvәlәrinin sabiq komandanı, general Qasım Süleymaninin Bağdadda sui-qəsd nəticəsində öldürülməsi ilə bağlı yeni detallar ortaya çıxıb.
BAKU.WS TRT-yə istinadən xəbər verir ki, “Vaşinqton Post” qəzeti AB. Prezidenti Donald Trampın sui-qəsd əmrini verməsi üçün israr edən şəxsin ABŞ Dövlət katibi Mayk Pompeo olduğunu yazıb.
Belə ki, Bağdadda ABŞ səfirliyinə hücumdan sonra Pompeo Trampa ardıcıl zənglər edib və təcili görüşmək üçün razı salıb. Yay aylarında ABŞ-a məxsus pilotsuz uçan aparatın düşürülməsindən sonra İrana sərt cavab vermək üçün fürsət axtaran Pompeo indiki vəziyyətdən maksimum istifadə etmək istəyib. Nəhayət o, məqsədinə çatıb.
“Vaşinqton Post”un yazdığına görə, 29 dekabrda Pompeo müdafiə naziri Mark Esper və ABŞ ordu generalı, Birgə Baş Qərargahlar rəisi Mark Milli ilə birlikdə Floridada Trampla görüş keçirməyə nail olub. Həmin görüşdə müzakirə edilən məsələlərdən biri də Süleymaninin öldürülməsi olub. Trampa bu əmri verməsi üçün israr edən şəxs isə Pompeo olub.
Qəzet Süleymaninin öldürülməsini Pompeo baxımından “bürokratik zəfər” sayıldığını, lakin sui-qəsdin ABŞ üçün ağır nəticələrə səbəb olacağını da yazıb.
Qalereya
Oxşar xəbərlər
Rəsmi Bağdaddan etiraf: Süleymaniyə qarşı əməliyyatdan xəbərdar idik
Bu gün İraq Baş Naziri Adil Abdul Mehdi parlamentdə çıxış edib. BAKU.WS-in məlumatına görə, A. A. Mehdi ABŞ-ın Bağdadda İran İslam İnqilabı Keşikçiləri Korpusun...