Qasım Süleymaninin öldürülməsinə ABŞ prezidenti sanksiya verib
ABŞ prezidenti Donald Tramp son kəşfiyyat məlumatlarının əksin olaraq Pentaqona İran İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Əl Qüds” xüsusi təyinatlı qüvvələrinin komandanı olmuş general Qasım Süleymaninin öldürülməsi barədə sanksiya verib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə “The New York Times” qəzeti ABŞ administrasiyasındakı və Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, D.Tramp əvvəlcə (dekabrın 28-də) generalın fiziki məhvindən imtina edib və bunun əvəzinə dekabrın 30-da ABŞ Hərbi Hava Qüvvələrinə İraqın Suriya ilə sərhədinə yerləşən Əl-Qaim şəhərindəki şiə qrupu Kataib Hizbullahın düşərgəsinə hücum etməyə göstəriş verib.
Nəticədə 25 nəfər ölüb, ən azı 50 nəfər yaralanıb. Bu ABŞ-ın İraqdakı səfirliyi qarşısında etiraz aksiyasının keçirilməsinə səbəb olub. Bundan sonra isə ABŞ prezidenti radikal qərar qəbul edib və bu, Pentaqon nümayəndələrini təəccübləndirib.
Oxşar xəbərlər
Qasım Süleymaninin qızından İran prezidentinə gözlənilməz sual - VİDEO
İran İslam Respublikasının prezidenti Həsən Ruhani İraqda öldürülən general Qasım Süleymaninin ailəsini ziyarət edib. BAKU.WS xəbər verir ki, İran televiziyalar...