Qasım Süleymaninin yerinə yeni komandan təyin edildi

Qasım Süleymaninin yerinə yeni komandan təyin edildi
Siyasət 1409

İslam İnqilabı Keşikçilәr Korpusunun (SEPAH) “Qüds” qüvvәlәrinә yeni komandan tәyin edilib.

BAKU.WS “Fars” agentliyinə istinadən xəbər verir ki, İranın Ali rəhbəri Seyid Əli Xameneinin fərmanı ilə bu vəzifəyə general İsmayıl Qaani gətirilib.

O, buna qədər “Qüds” qüvvәlәrinin dünən sui-qəsd nəticəsində öldürülən komandanı Qasım Süleymaninin müavini vəzifəsində çalışıb.

Ayətullah Xamenei Qaaniyə yeni vəzifəsində uğurlar arzulayıb. O, “Qüds” qüvvələrinin bundan sonra vəzifəsinin Süleymaninin rəhbərliyindəki vəzifələrlə eyni olduğunu açıqlayıb.

Qeyd edək ki, dünən axşam saatlarında ABŞ Prezidenti Donald Trampın birbaşa göstərişi İraqın paytaxtı Bağddaddakı hava limanına 3 raket zərbəsi endirilib. Sui-qəsd nəticəsində Süleymani də daxil olmaqla 8 nəfər həlak olub, daha 12 nəfərin isə yaralandığı bildirilir.

Öldürülən şəxslər aşağıdakılardır:

  1. General-leytenant Qasım Süleymani - " Qüds" qüvvələrinin komandanı
  2. Əbu Mehdi əl Mühəndis - "Əl Həşd əş Şəbi"nin komandiri
  3. Samir Abdulla - Fələstindəki "Hizbullah" hərəkatının banilərindən biri, 2008-ci ildə öldürülmüş İmad Muqniyənin qaynı
  4. Əhməd Zeydi - Qasım Süleymaninin kürəkəni
  5. Məhəmməd Rəda əd Cəbbari - "Əl Həşd əş Şəbi"nin Bağdad hava limanındakı protokol rəisi
  6. Həsəd Əbdel Hədi - "Əl Həşd əş Şəbi" zabiti
  7. Məhəmməd əş Şəbani - "Əl Həşd əş Şəbi" zabiti
  8. Heydər Əli - "Əl Həşd əş Şəbi" zabiti

Son xəbərlər