“Trampın bunu etməsinə ehtiyac yox idi…” – Novruz Məmmədov
23
dek
2017
16:05
“Biz hesab edirik ki, Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanımasına ehtiyac yox idi”.BAKU.WS-in APA-ya istinadən verdiyi məlumata görə, bunu Azərbaycan prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi – Novruz Məmmədovdeyib.O bildirib ki, Azərbaycan tərəfi də Qüds məsələsi ilə bağlı XİN səviyyəsində bəyanat verib və İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İstanbulda keçirilən növbədənkənar sammitində Azərbaycan prezidenti bu barədə öz mövqeyini bildirib: “Bu addım dünyada dövlətlərarası beynəlxalq münasibətlərə töhfə vermir, bu münasibətlərin daha da gərginləşdirir. Biz İslam ölkələri ilə, İƏT ölkələri ilə bir yerdəyik. Hesab edirik ki, Qüds məsələsi beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır”.BAKU.WS
Oxşar xəbərlər
Şərqi Qüds Fələstinin paytaxtı elan edildi - TARİXİ QƏRAR
İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsi ilə bağlı İstanbulda keçirilən fövqəladə iclasında yekun Bəyannamə qəbul edilib.Bəyannamədə qeyd edilir ki, İƏ...