Ayətullah Xamenei qisas sözü verdi

Ayətullah Xamenei qisas sözü verdi
Foto
Siyasət 1166

“Əllərində Süleymaninin qanı olanları sərt qisas gözləyir”.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu İranın Ali Dini lideri Seyid Ayətullah Xamenei İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymaninin öldürülüməsi ilə bağlı bildirib.

Süleymaninin öldürülüməsi ilə bağlı başsağlığı diləyən Xamenei onun qatillərindən qisas alınacağının sözünü verib:

“Onun gedişi ilə onun etdiyi iş dayandırılmayacaq və yolu bağlanmayacaq. Bu işdə günahı olanları sərt intiqam gözləyir”.

Qeyd edək ki, dünən Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani və İranın himayədarlıq etdiyi Xalq Səfərbərlik Qüvvələrinin (XSQ) komandanı müavini Əbu Mehdi əl-Mühəndisi də daxil olmaqla 7 nəfər öldürülüb.

Hücumla əlaqədar olaraq İranın Ali Milli Təhlükəsizlik Şurasının təcili iclası keçiriləcək və atılacaq addımlar müzakirə ediləcək.

Son xəbərlər