SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bu gün biz kənd təsərrüfatına dair proqram imzalayacağıq. Həmin proqram təkcə kənd təsərrüfatına deyil, onunla bağlı bütün məsələlərə aiddir. Ona görə də bu cür kompleks məsələlər və ya, deyək ki, tranzit məsələsi, Rusiya ilə Azərbaycanın birlikdə inkişaf etdirdiyi bir neçə tranzit yol buraya aiddir. Tranzit axınının artması üçün hər yerdə növbəti addımlar atılmalıdır”.

BAKU.WS xəbər verir ki, bunu Rusiyanın İqtisadi İnkişaf naziri Maksim Oreşkin Prezident İlham Əliyevlə görüşdə bildirib.

Oreşkin qeyd edib ki, bu gün Azərbaycanda əczaçılıq zavodunun açılışı olacaq:

“Keçən dəfə biz avtomobil zavodunun təməlini qoyduq. Bu gün helikopterlər üçün xidmət mərkəzinin təməlinin qoyulmasını planlaşdırırıq. Hər dəfə nə isə bir layihə, irəliyə doğru nə isə yeni bir hərəkət olur. Əlbəttə, biz burada Rusiya-Azərbaycan və Azərbaycan-Rusiya işgüzar şuralarının fəal işini görürük. Çünki layihələrin sayı artır və biz öz tərəfimizdən həmin layihələri dəstəkləmək üçün nə lazımdırsa edirik. İnnovasiya istiqaməti, Sizin xatırlatdığınız altıncı “yol xəritəsi” çox mühüm istiqamətdir. Siz bizim nümayəndə heyətinin tərkibinə nəzər salsanız, bu gün mənimlə üç nazir müavini gəlib. Çünki, bu, reallaşan layihələrin sayını və hansı miqyasda layihələri həyata keçirməli olduğumuzu göstərir”.

BAKU.WS